Gündəm

Direktorun təcavüz etdiyi qız...

16 Noyabr 2016 11:28

"Zəng edib ki, kitab gətirmişəm həyətə çıx" Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin zorladığı iddia edilən məktəblinin atası Rəmzi Abduləliyev Publika.az-a hadisənin təfərrüatlarını danışıb:

Fövqəladə vəziyyət uzadıldı - Seçkilərə qədər

16 Noyabr 2016 11:22

Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyətin 2017-ci ildə keçiriləcək prezident seçkilərinə qədər davam edəcəyini açıqlayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransa prezidenti ölkədə fövqəladə vəziyyətin gələn ilin aprel və may aylarında keçiriləcək iki mərhələli prezident seçkilərinə qədər uzadılacağını deyib.

Rusiyada 50 milyonu mənimsəyən erməni məmur tutuldu

16 Noyabr 2016 11:21

Sankt-Peterburq qubernatorunun keçmiş müavini Marat Ohanesyan fırıldaqçılıqda şübhəli bilinərək Moskvada həbs edilib. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İŞİD tərkibində döyüşən azərbaycanlılara hökm oxunub

16 Noyabr 2016 11:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəməsi keçirilib. 

"Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir"

16 Noyabr 2016 11:18

"Bu il oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfər etdi, dini icmaların rəhbərləri ilə görüşdü. O, Bakıda dinlərarası dialoqun mövcudluğundan danışdı. Bu, bizim əldə etdiyimiz nəticədir. Çünki bu gün dünyada dini, etnik toqquşmaları görürük və bu bizi çox narahat edir. Ona görə də biz öz multikulturalizm siyasətimizi ortaya qoymuşuq. Biz əməkdaşlığın tərəfdarıyıq".

“Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir"

16 Noyabr 2016 11:13

”Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib”.   APA-nın məlumatına görə, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi davam edəcək: “Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. Cənub Qaz Dəhlizi layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac, tranzit potensialını genişləndirəcək. Bu dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda bu məqsədlə qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir”.  

Brent nefti 5 faiz bahalaşıb

16 Noyabr 2016 08:44