İŞİD tərkibində döyüşən azərbaycanlılara hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəməsi keçirilib. 

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən E. Əzizov 14 il, N. Quliyev 11 il 6 ay, İ. Əzizov 14 il, B. Şirinov 13 il 6 ay, Ə. Şamxalov 2 il 6 ay, E. Mirzəbəyov 7 il, R. Bədəlov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyitərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra" və "Cundu Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31