Macarıstanda 10-dan çox ekstremist tutuldu

Macarıstan polisi ölkənin bir neçə bölgəsini əhatə etmiş antiterror reydlər zamanı 12 ekstremist saxlayıb.

APA- xəbər verir ki, paytaxt Budapeşt yaxınlığındakı anbarlama baxış zamanı silah-sursat aşkarlanıb.  
 Saxlanılanların ultra-sağçı Milli Cəbhə ilə əlaqədə olduğu bildirilir. Bu hərəkatın lideri ötən il polis əməkdaşını qətlə yetirdiyinə görə həbs olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31