Gündəm

Tramp Qarabağ üçün nə edəcək? - Jirinovskidən proqnoz

22 Noyabr 2016 11:28

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin fikrincə, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəallaşması mümkündür.

Bakıda QORXUNC QƏZA - Sərnişin avtobusları toqquşdu

22 Noyabr 2016 11:24

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib. Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. 57 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib.

"Qızıl Məryəm"in qatilindən xəbər var

22 Noyabr 2016 11:22

Bakıda anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərov barələrində olan hökmdən apellyasiya şikayəti verib.

Azərbaycanlı gənclər patriarx Kirilə məktub göndərib

22 Noyabr 2016 11:21

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili patriarx Kirilə məktub göndərib “OLAYLAR”-a daxil olan xəbərdə qeyd olunur ki, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allshverdili Moskvanın və bütün Rusiyanın Patriarxı Kirili 70 illiy yubileyi münasibətilə təbrik edib.

Müəllim və valideynlər üçün səyyar qəbul təşkil olunacaq

22 Noyabr 2016 11:16

Noyabrın 25-də paytaxtın Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçiriləcək.

Ermənilər atəşkəsə əməl etmir

22 Noyabr 2016 11:15

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tramp Əsəd tərəfdarına yüksək vəzifə verə bilər

22 Noyabr 2016 11:14

ABŞ Konqresinin Nümayəndələr Palatasının, həmçinin Demokratlar Partiyasının üzvü Tulsi Qabbard Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına daxil ola bilər.

Hərbi Hava Qüvvələrində qulluq edən 60 nəfər barəsində HƏBS QƏRARI

22 Noyabr 2016 11:12

Türkiyənin Hərbi Hava Qüvvələrində qulluq edən 60 hərbçinin tutulması haqda qərar verilib. Olaylar.az report-a istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər. 

Bəşəriyyət üçün QORXUNC SSENARİ: Dünya təhlükə ALTINDA

21 Noyabr 2016 21:00

Dünya okeanının səviyyəsi artıb. Bu artımla bəşəriyyəti qorxunc ssenari gözləyir. Amerikanın "Milli Aeronavtika və Kosmik İdarəetmə Agentliyi” (NASA) alimlərinin hazırladığı məlumata görə, bu artım qlobal istiləşmənin bir göstəricisidir.

Ağız qoxusu, damaq problemləri, diş ağrısı olanlar üçün mixəyin faydaları

21 Noyabr 2016 20:50

Axşam.az xarici KİV-ə istinadən mixəyin faydaları haqqında məlumat verir: Mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir. Bundan əlavə güclü xərçəng əleyhinə təsirə malikdir.

Sevginiz qarşılıqlıdırmı? – Bunu anlamaq çətin deyil

21 Noyabr 2016 20:35

Onu ağılınızdan çıxara bilmirsiniz. Lakin o da sizi düşünürmu? Addım atmalısınız, yoxsa bu hər şeyi məhv edə bilər? Sevginizin platonik olub-olmadığını necə anlarsınız? Aile.lent.az bütün bu sualları sizin üçün cavablandırıb.

Merlin Manronun makiyaj sirləri -  Vizajisti açıqladı

21 Noyabr 2016 20:25

Merlin Manronun vizajisti, stilisti və üstəlik də yaxın dostu olan Allan “Whitey” Snyder, adi bir qadını necə gözəllik tanrısına çevirməsinin sirlərini anladıb.

Yeni ana olan ulduz tədbirə elə geyimdə gəldi ki... - fotolar

21 Noyabr 2016 20:01

Model Krissi Teyqen dünən Amerika Musiqi Mükafatlarının təqdimetmə mrəasimində ən çox diqqət çəkən ulduz olub.

Ancelina Coli övladlarına qadağa qoydu: "Ona ata deməyin"

21 Noyabr 2016 19:55

Aktrisa Ancelina Coli Bred Pittdən rəsmi ayrıldıqdan sonra ona qarşı sərt qadağalar qoymağa başlayıb.

Çində dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib

21 Noyabr 2016 19:48

Çində 712 km uzunluğunda dünyada ən uzun təhlükəsiz kvant rabitə xətti istifadəyə verilib. “Sinxua” agentliyinin məlumatına görə, bu xəttin çəkilməsinə 3 il vaxt sərf olunub.