Ağız qoxusu, damaq problemləri, diş ağrısı olanlar üçün mixəyin faydaları

Axşam.az xarici KİV-ə istinadən mixəyin faydaları haqqında məlumat verir: Mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir. Bundan əlavə güclü xərçəng əleyhinə təsirə malikdir.

Axşam.az xarici KİV-ə istinadən mixəyin faydaları haqqında məlumat verir:

Mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir. Bundan əlavə güclü xərçəng əleyhinə təsirə malikdir.

Spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Eyni zamanda, effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.

Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Çünki o, ağız boşluğunda mikrobları öldürür, nəfəsi təravətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31