Azərbaycanlı gənclər patriarx Kirilə məktub göndərib
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili patriarx Kirilə məktub göndərib “OLAYLAR”-a daxil olan xəbərdə qeyd olunur ki, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allshverdili Moskvanın və bütün Rusiyanın Patriarxı Kirili 70 illiy yubileyi münasibətilə təbrik edib.
22 Noyabr 2016 11:21 SosialAzərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili patriarx Kirilə məktub göndərib "OLAYLAR"-a daxil olan xəbərdə qeyd olunur ki, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allshverdili Moskvanın və bütün Rusiyanın Patriarxı Kirili 70 illiy yubileyi münasibətilə təbrik edib. "Allahın iradəsi ilə Siz dünyanın müqəddəs idealları, xeyirxahlıq, ədalət, qardaşlıq və milliyyətindən və dinindən asılı olmayaraq bütün insanların əməkdaşlığının naminə Patriarx kimi xidmət etmək şərəfinə layiq görülmüsünüz. İcazə verin, sizə dərin hörmətimi və sevgimi ifadə edim . Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası adından və şəxsən öz adımdan sizi 70 illiy yubileyiniz münasibətiilə təbrik edir və arzu edirəm ki, siz hələ uzun illər Allaha, vətənə və bütün bəşəriyyətə xidmət edəsiniz. Mən Uca Yaradanımızdan xeyirxah ideallar naminə və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ probleminin həllində sizin bütün səylərinizə xeyir-dua verməyi və gələcəkdə Patriarx kimi fəaliyyətinizdə Sizə can sağlığı və uzun ömür bəxş etməyi diləyirəm".