Gündəm
Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstəyə hökm oxunub
Rusiya Federasiyasının Moskva şəhər Məhkəməsi adam oğurluğunda və soyğunçuluqda təqsirli bilinən 5 azərbaycanlıya hökm oxuyub.
Akif Çovdarovun işində zərərçəkmiş şirkət rəhbəri bəraət istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Jurnalistlər üçün "Şeyxülislam mükafatı" təsis olunacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə media nümayəndələrinə müraciət edib.
Suriyada daha bir türk hərbçi həlak oldu
Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi həlak olub, 5-i yaralanıb. Olaylar.az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.
Marşrut avtobuslarında süni qiymət artımına qarşı tədbirlər görülür
Bakı Nəqliyyat Agentliyinin gündəlik fəaliyyətində önəm verdiyi əsas məsələlərdən biri də sərnişin avtobuslarında gediş haqqının süni şəkildə artırılması hallarını aşkarlamaq və bu kimi hərəkətlərə yol verən şəxslərə qarşı qanuna müvafiq tədbirlərin görülməsini təmin etməkdir.
Dövlət qulluğunda olan və uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılacaq
Milli Məclisin noyabrın 29-da keçiriləcək növbəti iclasında dövlət qulluğunda olan uşağını təkbaşına böyüdən valideynlərə Qanunla müəyyən edilmiş qısaldılmış iş vaxtı imkanının yaxşılaşdırılması məqsədi ilə müvafiq Qanuna dəyişilik edilməsi nəzərdə tutulur.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
Türkan Şoray borclarına görə otelə köçdü
Türkiyənin ən məşhur aktrisası Türkan Şoray borcları olduğuna görə villasını satıb. Milli.Az "Cadde"yə istinadla bildirir ki, o, özünə yeni, daha ucuz ev alıb. Lakin ev təmirli olmadığına görə, aktrisa bir neçə günlük oteldə qalacaq.
"Aİ-nin Ankaraya təzyiq cəhdləri mənasızdır"
Avropa İttifaqının Ankaraya təzyiq etmək cəhdləri mənasızdır. APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin Aİ-yə üzvlüyü ilə bağlı Türkiyə ilə müzakirələrin dondurulmasına dair qərarını şərh edərkən XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Bu ölkədə azan oxunması qadağan edildi
Macarıstanın cənubundakı Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka geyinilməsi qadağan edilib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Macarıstan Jobbik Partiyasının sədr müavini və Asotthalom şəhərinin bələdiyyə başçısı Laszlo Toroczkain bildirib.
Puşkov: "Avroparlamentin qərarları Ankara ilə Moskvanı yaxınlaşdırır"
Avropa Parlamentinin bir gün fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov deyib.
Məhkəmədə Maşallah Əhmədovla zərərçəkən arasında əlbəyaxa dava düşdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Süni yumurta Azərbaycanda hazırlanır? - VİDEO
Çinlilər saxta düyüdən sonra saxta yumurta da istehsal etməyə başlayıblar. Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan video insanların təşvişinə səbəb olub. Belə ki, bir gənc Sabunçu rayonunda yerləşən mağazalardan birindən aldığı yumurtanı sındırdıqdan sonra onun sarısının qəribə olmasının fərqinə varır. Yumurtanın sarısını əli ilə tərpətdikdə onun plastikə bənzər şəkildə olduğuna diqqət çəkir. Bəs bu görüntülərdəki yumurta haradan gəlir və nədir?
"Ərim qadınların ətək altı görüntülərini çəkir" - VİDEO
Türkiyədə yayımlanan "Hayatta her şey var" proqramında yenə maraqlı anlar yaşanıb. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, verilişə telefonla bağlanan iştirakçılardan biri etirafları ilə hər kəsi təəccübləndirib.
Ermənistan ordusundan tərxis olunmuş şəxsə tibbi yardım göstərilmir
Ermənistanın Armavir vilayətinin Lusaqüxi kəndinin sakini, milliyyətcə yezid olan 22 yaşlı Artur Broyan ordudan tərxis olunub və dövlət sifarişi çərçivəsində "Müqəddəs Maarifçi Qriqori" tibb mərkəzində müalicə alır.














