Dövlət qulluğunda olan və uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılacaq
Milli Məclisin noyabrın 29-da keçiriləcək növbəti iclasında dövlət qulluğunda olan uşağını təkbaşına böyüdən valideynlərə Qanunla müəyyən edilmiş qısaldılmış iş vaxtı imkanının yaxşılaşdırılması məqsədi ilə müvafiq Qanuna dəyişilik edilməsi nəzərdə tutulur.
25 Noyabr 2016 11:45 SosialMilli Məclisin noyabrın 29-da keçiriləcək növbəti iclasında dövlət qulluğunda olan uşağını təkbaşına böyüdən valideynlərə Qanunla müəyyən edilmiş qısaldılmış iş vaxtı imkanının yaxşılaşdırılması məqsədi ilə müvafiq Qanuna dəyişilik edilməsi nəzərdə tutulur. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili Vüsal Hüseynov qeyd edib ki, mövcud Qanun əgər hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara münasibətdə qısa iş vaxtı müəyyən edirdisə, yeni dəyişikliyə əsasən 'yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara' hissəsi dəyişdirilərək chr("39")3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərəchr("39") müəyyən edilir: "Yəni həm yaşyarım məhdudiyyəti artaraq 3 yaş müəyyən edilir, həm də tək ataya deyil, hər iki valideynlə şamil edilir və 'qanunvericiliklə müəyyən edilmiş səbəblər' tələbi götürülür".