Gündəm
Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn ilin yanvar ayında keçiriləcək qış sessiyasının gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur. Lakin, bu, o demək deyil ki, Azərbaycan öz məsələlərini Avropa Şurasında müzakirə etməyəcək".
Ailədən başlanılan vətənpərvərlik tərbiyəsi
Azərbaycan müharibə şəraitində yaşadığından, mənfur qonşularımızla müharibə apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması gərəkdir. Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü maarifləndirmə işləri aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməlidir. Ancaq etiraf edilməlidir ki, bu işdə ailənin xüsusi yeri, xüsusi təsir dairəsi var.
OPEC-in hasilatı azaltmaqla bağlı müzakirələri qızışır
Röyaya brilliant qaşlı üzük hədiyyə edən şəxs kimdi?
Rusiyanın yeni iqtisadi inkişaf nazirinin adı məlum oldu Ən gənc nazir
Xızıda SÜRÜŞMƏ: Altıağaca gedən yol çökdü
Dollar ucuzlaşdı
Dünya birjalarında neftin qiymətinin bu gün 8 faiz bahalaşması Rusiyada dolların məzənnəsinə təsir edib. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu gün Moskva birjasında dollar 1 rubla qədər ucuzlaşıb və 64,14 rubla düşüb. Avro da 1,07 rubl dəyər itirərək 68,24 rublda qərarlaşıb.
Putin və Ərdoğanın görüş vaxtı AÇIQLANDI
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin əvvəlində baş tutacaq.
Gürcüstanda benzin bahalaşır
20 yaşlı çempion sevdiyi qıza görə intihar etdi
Tramp biznesdən gedir
Sosial turizmlə məşğul olanlara güzəşt və imtiyazlar veriləcək
“100-150 nəfər polis binasına hücum etməyə çalışırdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Cabbar Cabbarov şüşələrin çıxarılacağı ilə bağlı verilən sözə əməl olunmadığını bildirib.
“İlham Əliyev tapşırıb ki, işıq və qazın bahalaşmasından əldə olunan pullar...”
Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin artırılması (diferensiallaşdırılmış qaydada) barədə qərarı nəticəsində 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri üzrə daxilolmalar artacaq. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib. Nazir elektrik enerjisi və təbii qazın tariflərinin artırılması nəticəsində büdcəyə nə qədər əlavə gəlir daxil olacağını açıqlamayıb. Ancaq bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.
Azərbaycanlının ipəkdən hazırladığı Qurani-Kərim Türkiyə mətbuatında
Dünyanın ilk ipək Qurani-Kərimini azərbaycanlı modelyer rəssam Tünzalə Məmmədzadənin hazırladığı barədə məlumat vermişdik.














