Gündəm
Honda "Milan"dan gedir
Keysuke Honda yanvarda "Milan"ı tərk edəcək. Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, "Qırmızı-qaralar"ın baş məşqçisi Vinçenso Montella yaponiyalı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Bu səbəbdən də o, komandadan ayrılacaq.
Azərbaycan diaspor rəhbəri məhkəmə qarşısına çıxacaq - Sədr ermənidir
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkındekabrın 6-da məhkəmə qarşısına çıxacaq. Milli.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verdiyi məlumata görə, İ.Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub.
2017-ci ildə hansı bürclərin şəxsi həyatında ciddi dəyişiklik olacaq?
2017 Qırmızı Xoruz ilinin himayəsi altında keçəcək. Bu quşu isə dalaşqan xasiyyəti, impulsivlik və dəyişkənliyi fərqləndirir. Ona görə də 2017-ci ildə bir çox insanların şəxsi həyatında əsaslı dəyişikliklər baş verəcək.
Komitədən gömrük postlarında çəkildiyi iddia olunan videolarla bağlı AÇIQLAMA
Dövlət Gömrük Komitəsi (DGK) gömrük postlarında çəkildiyi iddia olunan videolarla bağlı açıqlama yayıb. Olaylar.az xəbər verir ki, DGK-nın mətbuat xidməyindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər bir sıra KİV-də, xüsusilə də sosial şəbəkələrdə gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara "kobud" rəftarını əks etdirdiyi iddia edilən videolar yayımlanır.
Uşaqlarda allergiyaya səbəb olan 8 QİDA
Mütəxəssislərin hesablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Aile.lent.az immunitet.az-a istinadən uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edir.
Putin Trampla telefon danışığının detallarını açıqladı
Donald Trampla belə nəticəyə gəldik ki, Rusiya-ABŞ münasibətlərinin indiki qeyri-qənaətbəxş durumunu düzəltmək lazımdır. Dediyim kimi, Rusiya bu yolun öz hissəsini keçməyə hazırdır.
İlham Əliyev Rumıniya prezidentini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qadının evini qarət edənlər saxlanıb
Noyabrın 24-də Bakı şəhər sakini Zenfira Xasanovanın evindən 12.000 ABŞ dolları və 3.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN- dən verilən məlumata görə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidməti və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri Fidan Murtuzova və Səfər Şirinli tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Qadının pul kisəsini alanın əlləri qandallanıb
Noyabrın 29-da Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini İlahə Nəsibovaya zor tətbiq edərək içərəsində pul və sənəd olan pul kisisini alıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Bilal Əsədov tutulub.
Avtomobil dirəyə çırpılıb, ölən var
Noyabrın 29-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini Sərvər Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. DİN-dən verilən məlumata görə, o, hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Prezident İlham Əliyev Əli Əsədovla bağlı sərəncam verdi
Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.
Suriyada 4 türk hərbçi vuruldu
Suriyanın əl-Bab şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə aparılan əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin 4 hərbçisi yaralanıb.
Zərərçəkən: “Akif Çovdarovun işçisi mənə dedi ki, neçə ildir pul qazanırsız, Eldar Mahmudova pay verməmisiniz” - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
"Azərbaycan və Rusiya hərbi sazişi kompensasiya xarakteri daşıyır”
“Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında imzalanan 2017-ci il üçün əməkdaşlıq müqaviləsi Rusiya- Ermənistan birləşmiş qoşun qruplaşmalarının yaradılması haqqında sazişi kompensasiya etmək xarakteri daşıyır”. BunuSİA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.














