Avtomobil dirəyə çırpılıb, ölən var
Noyabrın 29-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini Sərvər Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. DİN-dən verilən məlumata görə, o, hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
30 Noyabr 2016 18:25 KriminalNoyabrın 29-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini Sərvər Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. DİN-dən verilən məlumata görə, o, hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə noyabrın 28-də Bakı şəhər sakini Svetlana Yejovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Toyota" markalı avtomobilin sürücüsü - Yevlax rayon sakini Cavad Kərimxanov saxlanılıb.