20 yaşlı çempion sevdiyi qıza görə intihar etdi
30 Noyabr 2016 17:45 DünyaStend atıcılığı üzrə gənclər arasında Rusiya çempionu, 20 yaşlı Vladislav Loşakov Moskvada intihar edib.
"Olaylar" azvision.az-a istinadən xəbər verir ki, onun meyiti paytaxtdakı "Kuzminka" parkında aşkar olunub.
O, özünə qəsd etməmişdən öncə məktub yazıb.
Ehtimala görə, idmançı sevdiyi qızın ayrılığına dözə bilmədiyindən özünü öldürüb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Loşakov məktubunda yaşamaqdan bezdiyini yazıb.
Vladislavın stend atıcılığı ilə məşğul olan Aleksandra adlı qızla görüşdüyü müəyyənləşdirilib.
Məlum olub ki, faciədən bir neçə gün əvvəl qız ondan ayrılmaq istəyib. Müstəntiq ehtimal edir ki, idmançı bu səbəbdən canına qıyıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31