Rusiyanın yeni iqtisadi inkişaf nazirinin adı məlum oldu Ən gənc nazir

Rusiya prezidenti Vladimir Putin maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyi təklif edib.

"Olaylar"  Trend-ə istinadən xəbər verir ki, M.Oreşkin dövlət başçısının təklifini qəbul edib.

Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

O, 2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31