Gündəm

Azərbaycanda 80 000-ə yaxın saxta profil istifadəçisi var

5 Dekabr 2016 11:44

“Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4 faizə qədəri saxta profildən istifadə edir. Yəni, ümumi olaraq bizdə 80 000-ə yaxın saxta profil istifadəçisi var”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Milli Məclis 3 gün ardıcıl iclas keçirəcək

5 Dekabr 2016 11:42

Dekabrın 6-dan başlayaraq ardıcıl olaraq üç gün Milli Məclisin plenar iclası keçiriləcək. “Olaylar” MM-ə istinadən xəbər verir ki, iclasda 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək. Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında “, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir. Müzakirələr dekabrın 8-də başa çatacaq.

Həzi Aslanovun büstünün açılışı olub

5 Dekabr 2016 11:40

Bakı şəhərindəki general–mayor Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbdə qəhrəmanın büstünün açılış mərasimi keçirilib.

Cəbhədə 57 dəfə atəşkəs pozulub

5 Dekabr 2016 11:39

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.

Tramp iki "tweet" atdı: Çin yuanı dəyərini itirdi

5 Dekabr 2016 11:37

21 yanvarda ABŞ-ın yeni prezidenti olaraq kürsüsünə oturmağa hazıralaşan Donald Tramp indidən gündəm yaratmaqda davam edir.

Gürcüstan valyuta bazarında çaxnaşma yaradıb

5 Dekabr 2016 11:33

Gürcüstanın hökuməti iqtisadiyyatı stimullaşdırmaq, sosial gərginliyi azaltmaq və milli valyuta olan larinin devalvasiyasının qarşısını almaq məqsədilə tədbirlər paketi hazırlayıb.

Dərmanlarla bağlı yeni QADAĞA qüvvəyə minəcək

5 Dekabr 2016 11:31

Gələn il yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək.

Rayonları gözləyən TƏHLÜKƏ: monitorinqin nəticələri ürəkaçan deyil

5 Dekabr 2016 11:29

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri noyabr ayının III ongünlüyü üçün açıqlanıb.

"Bakinternet" abunəçilərinin işini iflic edib

5 Dekabr 2016 11:26

Respublikada çoxlu abunəçiləri olan internet provayderlərindən "Bakinternet"in xidmətindən bir sıra şikayət xarakterli müraciət daxil olub. Abunəçilər qeyd edirlər ki, son zamanlar "Bakinternet"in fəaliyyəti yarıtmaz hal alıb, ya, ümumiyyətlə, internetə daxil olmaq olmur, ya da sürəti həddən artıq çox aşağı olur.

Ərəb şeyxi Azərbaycan qızı ilə evləndi

5 Dekabr 2016 11:25

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.

Dünyaca məşhur azərbaycanlı filosof VƏFAT ETDİ - YENİLƏNİB - VİDEO - FOTO

5 Dekabr 2016 11:23

Dünyanın ən məşhur filosoflarından biri, Rusiya İslam Komitəsinin sədri, məşhur illahiyyatçı Heydər Camal dünyasını dəyişib. Bu barədə H.Camalın Twitter-dəki mikroblorqunda xəbər verilir.

Bakıda polisi ödürüb yandıran şəxsdən XƏBƏR VAR

5 Dekabr 2016 11:20

Bakıda polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İbayev Ravil Nuruş oğlu barəsində olan hökmdən kassasiya şikayəti verib.

Azərbaycanlı müğənninin Rusiyada toyu oldu - VİDEO

5 Dekabr 2016 11:19

Rusiyada yaşayan azərbaycanlı müğənni Bahh Tinin toyu olub. Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Fərqanə adlı xanımla ailə qurub. Sənətçinin toyundan fotoları dostları sosial şəbəkədə paylaşıb. 

Rusiyada baş verən qəzada 11 uşaq öldü - VİDEO

5 Dekabr 2016 11:13

Rusiyanın Tümen vilayətində Xantı-Mansiysk avtomagistralında baş verən qəzada 12 nəfər ölüb, onlardan 11-i uşaqdır. Xəsarət alan 34 nəfərdən isə 27-nin uşaq olduğu bildirilib.

Məhəmməd Nəsir öldürülüb

4 Dekabr 2016 21:06

Əfqanıstanda İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd Nəsir adlı səhra komandiri Darzab şəhəri yaxınlığında Əfqanıstan hərbçiləri tərəfindən öldürülüb.   Məlumata görə, M.Nəsir ilə yanaşı daha iki silahlı məhv edilib.