Milli Məclis 3 gün ardıcıl iclas keçirəcək
Dekabrın 6-dan başlayaraq ardıcıl olaraq üç gün Milli Məclisin plenar iclası keçiriləcək. “Olaylar” MM-ə istinadən xəbər verir ki, iclasda 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək. Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında “, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir. Müzakirələr dekabrın 8-də başa çatacaq.
5 Dekabr 2016 11:42 SosialDekabrın 6-dan başlayaraq ardıcıl olaraq üç gün Milli Məclisin plenar iclası keçiriləcək. "Olaylar" MM-ə istinadən xəbər verir ki, iclasda 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək. Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında " qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir. Müzakirələr dekabrın 8-də başa çatacaq.