"Bakinternet" abunəçilərinin işini iflic edib

Respublikada çoxlu abunəçiləri olan internet provayderlərindən "Bakinternet"in xidmətindən bir sıra şikayət xarakterli müraciət daxil olub. Abunəçilər qeyd edirlər ki, son zamanlar "Bakinternet"in fəaliyyəti yarıtmaz hal alıb, ya, ümumiyyətlə, internetə daxil olmaq olmur, ya da sürəti həddən artıq çox aşağı olur.

Şirkətə müraciətlər edildikdə isə yaxın zamanlarda hər şeyin düzələcəyinə söz versələr də, hələ ki, heç bir müsbət dəyişiklik yoxdur.

Qeyd edək ki, "Bakinternet" provayderi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) məxsusdur. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31