Dünyaca məşhur azərbaycanlı filosof VƏFAT ETDİ - YENİLƏNİB - VİDEO - FOTO

Dünyanın ən məşhur filosoflarından biri, Rusiya İslam Komitəsinin sədri, məşhur illahiyyatçı Heydər Camal dünyasını dəyişib. Bu barədə H.Camalın Twitter-dəki mikroblorqunda xəbər verilir.

Dünyanın ən məşhur filosoflarından biri, Rusiya İslam Komitəsinin sədri, məşhur illahiyyatçı Heydər Camal dünyasını dəyişib.

Bu barədə H.Camalın Twitter-dəki mikroblorqunda xəbər verilir.

 Follow

Гейдар Джемаль @geydardzhemal

Сегодня ночью милостью Всевышнего Гейдар Джемаль закончил свой земной путь. Пусть Аллах Всемогущий примет его деяния и введёт в райские сады

4:59 AM - 5 Dec 2016

"Bu gün Uca Allahın şəfqəti ilə Heydər Camal fani dünyadakı yolunu başa vurdu. Qoy Allah ona rəhm etsin, əməllərini bağışlasın və cənnətə salsın. Hamımız haqqın rəhmətinə qovuşacağıq", - açıqlamada deyilir.

Azərbaycanlı alim Heydər Camal 1947-ci ilin noyabrın 6-da Moskvada anadan olub. O, ictimai-siyasi fəaliyyətini hələ sovet dönəmində filosof və politoloq Aleksandr Duqinlə əməkdaşlıqla başlamışdı.

H.Camal bir sıra siyasi, ictimai, dini təşkilatların banisi, rəhbəri və üzvü olub.

O, 1990-cu illərdə "Rusiya İslam Komitəsi" yaratmışdı.

H.Camal habelə 1990-1994-cü illərdə İslam İntibah Partiyasına rəhbərlik etmişdi.

H.Camal İslam və cəmiyyətlə bağlı çoxsaylı kitabların müəllifidir.

 

***

Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal 70 yaşında vəfat edib. Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu haqda onun Facebook səhifəsində bildirilir.

Ölüm səbəbi açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31