Gündəm

Əmək naziri kim olacaq?

9 Dekabr 2016 11:29

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın əmək naziri postuna "fast-fud" sahəsində fəaliyyət göstərən sahibkar Endi Pazderin namizədliyini irəli sürüb.

32 rayonda analoq TV yayımı dayandırılır

9 Dekabr 2016 11:26

Sabah Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılacaq.

Dağlıq Qarabağ məsələsinin həllini uzatmaq mümkün deyil

9 Dekabr 2016 11:22

"İstənilən regional münaqişə daha böyük miqyaslı qarşıdurmaya çevrilə bilər və məsələn, Suriyayla İraq buna nümunədir".

Ermənilərdə torpaqları daim işğal altında saxlayacaqlarına şübhə yaranıb

9 Dekabr 2016 11:19

"Ermənistanda cari rejimin idarəsi iqtisadi və demoqrafik böhran, Rusiyadan asılılıq, Türkiyə və Azərbaycanla münasibətlərdə qaranlıq gələcəklə səciyyələnir".

Türkiyədə avtobus aşdı: xeyli sayda yaralı var

9 Dekabr 2016 11:15

Türkiyədə ağır yol qəzası baş verib. Səhər saatlarında Afyonkarahisar vilayətinin Dinar rayonunda sərnişin avtobusu yolun kənarına aşıb.

Strateji yol xəritələri ölkə iqtisadiyyatına yeni nəfəs verəcək

9 Dekabr 2016 11:12

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun sürətlə inkişafına şərait yaradacaq”. Bunu açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Daha 3 bank fəaliyyətini dayandırdı

9 Dekabr 2016 11:11

Rusiya Bankı (Mərkəzi Bank) daha üç kommersiya bankı - "M2M Private Bank", "Vega-Bank" və "Beynəlxalq İnkişaf Bankı"nın lisenziyasını geri çağırıb. Cari il noyabrın 1-nə "M2M Private Bank" aktivlərin həcminə görə Rusiyadakı bankların siyahısında 164-cü yeri tutub. Mərkəzi Bankın açıqlamasında bildirilib ki, kredit təşkilatı keyfiyyətsiz aktivlərə vəsait yatırıb və risklər üzrə ehtiyat yaratmayıb. Aktivlərin keyfiyyətinin qeyri-kafi olması ilə bağlı Bank kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməyib.

Zəlzələ İndoneziyada 12 minə yaxın binaya ziyan vurdu - VİDEO

9 Dekabr 2016 11:09

"İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb". Bunu İndoneziyanın Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin operativ mərkəzinin əməkdaşı Yuyun Yuhana deyib.

Parlaq dəriyə sahib olmaq üçün 5 VACİB QAYDA

8 Dekabr 2016 20:15

Gözəl və sağlam dəriyə sahib olmaq üçün bəzi vərdişlərinizi dəyişdirməli olduğunuzu bilirsinizmi? Hər gün müntəzəm olaraq dəri baxımına ayıracağınız bir neçə dəqiqə ilə sağlam və təbii bir dəriyə qovuşa bilərsiniz. Aile.lent.az sağlam, parlaq və işıldayan bir dəri üçün etməli olduğunuz 5 şeyi təqdim edir.

Evdə balıq saxlayanlar, bu yazını oxuyun

8 Dekabr 2016 20:00

Canlı aləmin kiçik bir hissəsinin evinizdə olması çox xoşdur. Lakin heyvan və bitkiləri sevmək kifayət etmir. Onlara doğru qulluq etmək də lazımdır.

Növbəti il mobil proqramlar üçün xərclər 166 milyard dollara çatacaq

8 Dekabr 2016 19:50

"App Anie" analitik mərkəzi hesablama apararaq 2017-ci ildə mobil əlavələr üçün ümumi xərclərin 166 milyard dollara çatacağını açıqlayıb. Bu məbləğin 65 milyard dolları istifadəçilərin, 101 milyard dolları reklamçıların xərclərini təşkil edir.

Düşüncə ilə idarə olunan ekzoskelet iflic olmuş insanların hərəkətini sabitləşdirəcək

8 Dekabr 2016 19:45

Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış neyron interfeysinə malik ekzoskelet qismən iflic olmuş pasiyentlərin hərəkətini sabitləşdirəcək.

Britaniyalı alimlər gələcəyin akkumulyatorları üçün polimer materialı yaradıblar

8 Dekabr 2016 19:38

Böyük Britaniyalı alimlərdən ibarət qrup tərəfindən hazırlanmış polimer materialı elektrolitlər əsasında həllərlə müqayisədə akkumulyatorların işini daha səmərəli edəcək. Belə batareyaların tutumu 10 min dəfə artacaq və bir neçə dəqiqə ərzində enerji ilə doldurulacaq. Elmin bu nailiyyətindən, həmçinin elektriklə işləyən avtomobillərdə istifadə etmək olar.

Stressə qarşı bunlara əməl edin

8 Dekabr 2016 19:33

Eyni cür qidalanmaq, qeyri-kafi karbohidrat qəbul etmək, həddindən artıq yağlı yemək, spirt və çox kofein qəbulu depressiyanı artırır, uzun müddət ac qalmaq və nizamsız bəslənmə qan şəkərini aşağı salır, əsəbilik və dözümsüzlük kimi vəziyyət yaradır. Bunun qarşısını almaq üçün rahatlığı təmin edən maye içkilərə üstünlük verilə bilər. Xüsusilə bitki çaylarından alma çayı və melisanın sakitləşdirici xüsusiyyətləri vardır. Həkimlər sağlam qidalanmanın stressi azaltdığını və stressin immunitet sistemini zəiflətdiyini deyir. Çox dəmli çay və həddindən artıq qəhvə və ya kola qəbulu, çox turşu və kofein qəbuluna səbəb olur. Bu da öz növbəsində qanazlığı və dəmir çatışmazlığına yol aça bilər. Stress dövrünüzdə immun sistemin zəifləməsi nəticəsində infeksiya və xəstəliklərə yaxalanma sıxlığı artır.