Britaniyalı alimlər gələcəyin akkumulyatorları üçün polimer materialı yaradıblar

Böyük Britaniyalı alimlərdən ibarət qrup tərəfindən hazırlanmış polimer materialı elektrolitlər əsasında həllərlə müqayisədə akkumulyatorların işini daha səmərəli edəcək. Belə batareyaların tutumu 10 min dəfə artacaq və bir neçə dəqiqə ərzində enerji ilə doldurulacaq. Elmin bu nailiyyətindən, həmçinin elektriklə işləyən avtomobillərdə istifadə etmək olar.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, bundan başqa yeni texnologiya yumşaq kontakt linzalarda tətbiq ediləcək. Gələn il ilk belə məhsulun prototipi yaradılacaq.

Bristol Universitetinin professoru Yan Hamerton texnologiyanın başqa imkanları haqda məlumat verib:

"Bu araşdırma  yalnız yüksək tutumlu akkumulyatorların yaradılmasında deyil, həm də bir çox başqa layihələrdə (bioelektronika, sensor, daşınan elektronika və qabaqcıl optika) istifadə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31