Gündəm

Ekspert strateji yol xəritəsinin üstünlüklərindən danışdı

9 Dekabr 2016 11:56

“Azərbaycan Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı Fərman mühüm əhəmiyyətə malikdir”. Bunu  ekspert Arzu Nağıyev deyib.

Dini kitablar dənizə atıldı

9 Dekabr 2016 11:55

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu qəsəbəsində dənizə atılmış çoxlu sayda  Qurani – Kərim və digər dini məzmunlu kitablar tapılıb. Denizdən toplanan kitabları Çorlu Dini idarəsi təhvil alıb.

Amerikalı turisti öldürən gəncə 11 il iş kəsildi

9 Dekabr 2016 11:53

Telavidə bu ilin avqust ayında baş verən qətl hadisəsi sonadək araşdırıldıqdan sonra məhkəmə cinayət işinə baxıb. Məlumata görə, avqust ayında Gürcüstan vətəndaşı 20 yaşlı Kaxeti sakini Mixail Çinçaraşvili ABŞ vətəndaşı Frits Volfanq Musseri mübahisə zəminində bıçaqlayıb. Bu barədə Gürcüstanın baş prokurorluğunun saytındakı məlumatda bildirilib.

Tramp: “Yeni administrasiya ABŞ tarixinin ən yaxşısı olacaq” 

9 Dekabr 2016 11:49

“Amerikanın yeni administrasiyası Birləşmiş Ştatların tarixində ən yaxşısı olacaq”. Bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçicləri ilə keçirdiyi görüşündə bəyan edib.

Heydər Əliyevi anım konfransı keçiriləcək

9 Dekabr 2016 11:47

Bu gün İstanbul Yeditepe Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Azərbaycanın İstanbul Konsulluğunun təşkil etdiyi elmi ictimai konfrans keçiriləcək. Konfransda siyasət, elm və sənət aləminin nümayəndələrinin, həmçinin İstanbulda yaşayan Azərbaycan icmasının qabaqcıl nümayəndələrinin geniş iştirakı gözlənilir. Konfransda Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü anılacaq, onun ölkəsi və türk dünyasının tarixindəki müstəsna yeri və xidmətləri haqqında danışılacaq. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.

Ermənistan baş nazirinin müşavirləri hərbi xidmətdən yayınıblar

9 Dekabr 2016 11:44

Ermənistanın yeni baş naziri Karen Karapetyanın müşavirləri və köməkçilərinin əksəriyyəti orduda xidmət etməyib.

Azərbaycan və Rusiya dəmir yolçuları görüşüb

9 Dekabr 2016 11:42

Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli ğörüş keçirilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər, İran İslam Respublikası ərazisində Astara-Rəşt xəttinin tikintisi layıhəsi, bu dəhlizə gələcəkdə əlavə yüklərin cəlb edilməsi, Samur-Yalama sərhəd-keçid məntəqəsindən yüklərin aşağı tariflərlə daşınması barədə Azərbaycan tərəfinin təklifi, Azərbaycan və Rusiya Dəmir Yolları arasında beynəlxalq yük və sərnişin daşımaları üzrə qarşılıqlı hesablaşmaların hazırkı vəziyyəti və tənzimlənməsi müzakirə olunub.

Komitə sədri Biləsuvarda vətəndaşları qəbul edəcək 

9 Dekabr 2016 11:41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Əbülfəs Qarayev Gürcüstanın baş naziri ilə görüşüb

9 Dekabr 2016 11:40

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev baş nazir Giorgi Kvirikaşvili ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlığın mədəni sahələrdə əlaqələrin inkişafına geniş imkanlar yaratdığı bildirilib. Tərəflər bu əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını vurğulayıb.

Turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçirilib

9 Dekabr 2016 11:41

“Excelsior Hotel & Spa Baku” oteli KSM çərçivəsində turizm fakültələrində təhsil alan tələbələr üçün növbəti təlimi keçirib. “OLAYLAR”-ın xəbərinə görə, təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin turizm fakültələrində təhsil alan tələbələr iştirak ediblər.

“Azəravtoyol” yollarda rahat və maneəsiz hərəkəti təmin edib

9 Dekabr 2016 11:39

"Azəravtoyol" ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, Respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respubikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb. Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanıb. Lakin ərazilərə cəlb olunmuş maşın-müxanizmlər vasitəsi ilə yollara duz-qum qarışı səpilərək rahat və müneəsiz hərəkət təmin olunub. Bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Cəbhədə erməni təxribatı davam edir

9 Dekabr 2016 11:37

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Rusiya vətəndaşını Çexiyaya ekstradisiya edir

9 Dekabr 2016 11:36

Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krillo Smirnovun ekstradisiya ilə bağlı məhkəmə keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, K. Smirnovun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub. O, Çexiyaya ekstradisiya ediləcək.

Valyutadəyişmə məntəqəsinə basqın edilib

9 Dekabr 2016 11:34

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs valyutadəyişmə məntəqəsinə hücum edib. 

Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...

9 Dekabr 2016 11:32

Ən son açıqlanmış gömrük statistikasına əsaslanıb, bu il Azərbaycana kolbasaya qatmaq üçün min tonlarla quş peyinindən əldə edilən "süni ət"in gətirildiyini ehtimal etmək mümkündür.