Valyutadəyişmə məntəqəsinə basqın edilib

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs valyutadəyişmə məntəqəsinə hücum edib. 

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs valyutadəyişmə məntəqəsinə hücum edib.  Yerli vaxtla səhər saat 9 radələrində maskalı şəxs valyutadəyişmə məntəqəsinə yaxınlaşaraq işçidən pul tələb edib və ona əlindəki tapançadan atəş açıb. Lakin işçi canını qurtara bilib. Hücum edən şəxs məntəqədən pul götürə bilmədən qaçıb.

Hazırda Ermənistan polisi ərazidə iş aparır. İnsidentin təfərrüatları barədə yaxın vaxtlarda ətraflı məlumat veriləcək. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31