Dini kitablar dənizə atıldı

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu qəsəbəsində dənizə atılmış çoxlu sayda  Qurani – Kərim və digər dini məzmunlu kitablar tapılıb. Denizdən toplanan kitabları Çorlu Dini idarəsi təhvil alıb.

Türkiyənin Tekirdağ bölgəsinin Çorlu qəsəbəsində dənizə atılmış çoxlu sayda  Qurani - Kərim və digər dini məzmunlu kitablar tapılıb. Denizdən toplanan kitabları Çorlu Dini idarəsi təhvil alıb.

Dənizə atılan dini kitablar Çorlu qəsəbəsinin Mərmərə dənizi sahilində gəzən vətəndaşlar tərəfindən aşkarlanıb.  Suya atılmış dini kitabları görən sakinlər dərhal Çorlu Din idarəsinə xəbər veriblər. İdarədə çalışanlar dərhal sahilə gələrək suya atılan  kitabları dənizdən çıxardıblar. Qurani - Kərim və digər dini kitablar toplanaraq, bağlamalara yığılıb.

Hadisə yerinə gələn Çorlu Din idarə müdiri Adəm Gülmək "Vətəndaşların zəngi ilə idarəmiz belə bir hadisədən xəbərdar oldu. Hadisə yerinə gələn əməkdaşlarımız dini kitabların dənizə atıldığını gördü. Bu kitabların içərisində peyğəmbər əfəndimizin həyatından bəhs edən kitablar və müxtəlif dini məzmunlu  kitablar mövcuddur. Din idarəsi olaraq bu kitabları dənizdən topladıq. İslanmış kitabları qurudaraq, kitabxanamızda oxucularımızın ixtiyarına verəcəyik" - deyib.

Kitabların dənizə kimlər tərəfindən atılması haqqında araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31