Turizm sahəsində təhsili alan tələbələr üçün təlim keçirilib
“Excelsior Hotel & Spa Baku” oteli KSM çərçivəsində turizm fakültələrində təhsil alan tələbələr üçün növbəti təlimi keçirib. “OLAYLAR”-ın xəbərinə görə, təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin turizm fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
9 Dekabr 2016 11:41 Sosial"Excelsior Hotel & Spa Baku" oteli KSM çərçivəsində turizm fakültələrində təhsil alan tələbələr üçün növbəti təlimi keçirib. "OLAYLAR"-ın xəbərinə görə, təlimdə Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin turizm fakültələrində təhsil alan tələbələr iştirak ediblər. "AtaHolding" Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tələbləri salamladı və tədbirin proqramı haqqında məlumat verib. Təlimdə Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışıb. Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış edib. "Excelsior Hotel & Spa Baku" otelinin HR meneceri Kamran Rzayev turizm sahəsində işə düzəlmək istəyən tələbələrə CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktikası, işgüzar söhbətlərin aparılması bacarığı barədə ətraflı təqdimat edib.