Zəlzələ İndoneziyada 12 minə yaxın binaya ziyan vurdu - VİDEO
"İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb". Bunu İndoneziyanın Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin operativ mərkəzinin əməkdaşı Yuyun Yuhana deyib.
9 Dekabr 2016 11:09 Dünya"İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb". Bunu İndoneziyanın Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin operativ mərkəzinin əməkdaşı Yuyun Yuhana deyib.
O qeyd edib ki, bu günə olan vəziyyətə əsasən, ümumilikdə 11 730 tikiliyə ziyan dəyib. Onlardan 2929-da dağıntılar qeydə alınıb.
Zəlzələ nəticəsində 102 nəfər ölüb, 136 nəfər ağır, 616 nəfər isə yüngül xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31