Gündəm

Bakı Turizm Peşə Məktəbi 5 yaşını qeyd edir

14 Dekabr 2016 19:02

Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi və ölkəmizdə “Multikutturalizm ili”nin başa çatması münasibətilə “Multikultural dəyərlər və dadlar” adlı tədbir keçirildi.

Petr Çex: "Azərbaycanla oyun işimizi çətinləşdirdi"

14 Dekabr 2016 19:00

"Seçmə mərhələdən əvvəl millidəki karyeramı bitirməyim yığma üçün yaxşı olmadı. Amma digər tərəfdən, qərarımı düzgün sayıram". Bu sözləri "Arsenal"ın qapıçısı Petr Çex deyib.

Çin futbolunda ən bahalı transfer gerçəkləşir

14 Dekabr 2016 18:55

Çinin "Şanxay SİPG" klubu İngiltərənin "Çelsi" klubunun futbolçusu Oskarı transer edəcək. Asiya klubu braziliyalı yarımmüdafiəçi üçün təxminən 75 milyon dollar ödəyəcək.

Fransalı həmsədr Edvard Nalbandyanla görüşdü

14 Dekabr 2016 18:54

ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş fransalı həmsədri Stefan Viskonti Ermənistanda xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunub.

Azərbaycan KİV rəhbərləri Türkiyə Böyük Millət Məclisi və “Anadolu” Agentliyində olublar 

14 Dekabr 2016 18:51

Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfər proqramı davam edir.  Dekabrın 14-də nümayəndə heyəti  Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib. Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin, Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə məlumat verib. Qarşıda duran vəzifələr barədə fikirlərini bölüşən Necdet Ünüvar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində KİV-lərin fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Binəqədidə yanan binaya görə tutulan şəxslərin məhkəməsi: vəkillərdən Vəkillər Kollegiyasına şikayət ediləcək

14 Dekabr 2016 18:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AFFA danışılmış oyunlarda adı hallananların siyahısını dəyişdi

14 Dekabr 2016 18:45

UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir. AFFA İntizam Komitəsi danışılmış oyunlarda adları hallananların siyahısında dəyişikliklər edib.

QANDONDURAN HADİSƏ: 3 qohumunu öldürdü, ətlərini bişirdi və...

14 Dekabr 2016 18:38

Ukrayna paytaxtında dəhşətli qətl hadisəsi baş verib. Rusiya mətbuatı xəbər verir ki, Solomenski rayonunda çoxmərtəbəli binaların birində parçalanmış insan meyitləri aşkarlanıb. Paytaxt polisinin rəisi Andrey Krişenkonun sözlərinə görə, qatil meyitləri öldürdükdən sonra ətini kəsib və ət konservləri (qovyadina) kimi banklara yığıb.

YAP-çı deputat Nazirlər Kabinetinin buraxılmasından danışdı

14 Dekabr 2016 18:34

Prezident İlham Əliyev tərəfindən cəmiyyət qarşısında duran problemlərin həllinə dair çox ciddi qərarlar verilir və bu istiqamətində əhəmiyyətli addımlar atılır. Bunların nəticəsini hər bir Azərbaycan vətəndaşı bu gün-sabah öz həyatında birbaşa hiss edəcək.

Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda

14 Dekabr 2016 18:23

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcəklər.

Bakı Slavyan Universitetinin əməkdaşları təltif edilib - SİYAHI

14 Dekabr 2016 18:18

Azərbaycan prezidenti İlham Əliyev Bakı Slavyan Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Abşeronda KÜTLƏVİ DAVA: xəsarət alanlar var

14 Dekabr 2016 18:15

Abşeron rayonunda kütləvi dava olub, xəsarət alanlar var. Hadisə Masazır qəsəbəsi, "Araz marketin" yaxınlığında yerləşən kafedə qeydə alınıb.

ƏƏSMN-ndə QHT-lərlə birgə elektron sistemlərə dair ictimai müzakirə keçirilib

14 Dekabr 2016 18:11

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətin və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi sahəsində mövcud vəziyyət və sistemin təkmilləşdirilməsi perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib.

Bakı Yeni ilə belə hazırlaşır

14 Dekabr 2016 18:04

Dənizkənarı Bulvar ərazisində ilk dəfə olaraq 35 metr hündürlüyündə şam ağacının quraşdırılmasına başlanılıb. Bunu açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfael Niftəliyev deyib.

Aprel şəhidlərinin ailələri Avropa Məhkəməsinə müraciət ediblər

14 Dekabr 2016 18:03

2016-cı il aprel ayında cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin ailələri Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Bu barədə tanınmış vəkil Fariz Namazlı sosial şəbəkədə yazıb. Vəkil qeyd edib ki, 5 ərizəçi müraciət edərək Ermənistana qarşı şikayətdə Konvensiyanın 3, 8, 13 və 14-cü maddələrinin pozuntusunun tanınmasını xahiş ediblər: “Onlar qohumları olan əsgərlərin döyüşlər zamanı erməni silahlı qüvvələri tərəfindən öldürülməsi, meyitlərin gec qaytarılması, şəhidlərin bədən üzvlərinin bir hissəsinin olmamasından şikayət ediblər”. Vəkil erməni əsgərlərin yaxınlarının da eyni qaydada Avropa İnsan Haqları Məhkəməsinə şikayət məktubu ünvanladığını bildirib.