Gündəm
Suriyanın taleyi sabah Moskvada həll olunacaq
Dekabrın 20-də Moskvada Rusiya, İran və Türkiyənin müdafiə nazirlərinin görüşü olacaq. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Şura QHT-lər üçün ictimaiyyətlə əlaqələrin qurulması üzrə təlim təşkil edib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün “İctimaiyyətlə əlaqələrin qurulması” mövzusunda 2 günlük təlim keçirib.
Moldovanın Milli Antikorrupsiya Mərkəzinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Azərbaycan və Moldova Respublikası prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin öyrənilməsi, səmərəli və müasir xidmət modeli olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi ilə Moldova Respublikasının Milli Antikorrupsiya Mərkəzinin rəis müavini Vadim Kojokarunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.
HƏKİM XƏBƏRDARLIĞI: Öskürək əleyhinə siropları uşaqlara verməyin
Havalar bir azca soyuyan kimi uşaqların çoxu öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atırlar. Öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən düzgün nəfəs almamağın, virusun, allergiyanın da nəticəsi ola bilər.
Bakı sərnişin stansiyasında son tamamlama işləri görülür
Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, eləcə də müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb.. Belə ki, 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.
Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib.
Moskvada Həmrəylik günü qeyd edilib
Rusiyada Azərbaycanlı gənclər «Dünya Azərbaycanlılarının Həmrəylik günü»nü qeyd edib. “OLAYLAR”-ın xəbərinə görə, bayram şənliyi Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondu və Azərbaycan Slavyan gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyətinin inkişafı və İntibahı Fondunun sədri ÜAK ın Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev tədbir təşkilatçılarını və qonaqları həmrəylik günü münasibəti ilə təbrik edib.
“İran prezidentinin işğalçı ölkəyə səfəri heç bir çərçivəyə sığmır”
“İslam həmrəyliyi ilə bağlı dərs deməyə meyilli olan İran rəhbərliyi bu səfərlə nümayiş etdirir ki, nə İslam həmrəyliyi onlar üçün əhəmiyyət kəsb edir, nə də ki, öz əhalisinin milli hisləri ilə hesablaşmaq istəyir”. Bunu açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib.
İran üçün kim daha önəmlidir: Ermənistan, yoxsa Azərbaycan?
"İran xarici siyasət prioritetlərində düzəlişlər etməlidir". İran İslam Respublikasının prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana rəsmi səfərə gedəcək. İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmailinin sözlərinə görə, bir günlük səfərin məqsədi İranın region və qonşu ölkələrlə əlaqələrinin dərinləşməsi və gücləndirilməsidir. Səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq, İrəvanda İran və Ermənistan iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
Fondun Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı
Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan Multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
"İslam tarixi və mədəniyyəti" mövzusunda intellektual turnir keçiriləcək
Dekabrın 20-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai birliyi ilə birgə yeniyemə və gənclər arasında "İslam tarixi və mədəniyyəti" mövzusunda intellektual turnir keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, turnirdə seçmə mərhələsindən keçmiş 16 komandanın iştirakı ilə “Xəmsə” milli intellektual oyunu və 36 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu baş tutacaqdır. Yarışda səsləndiriləcək suallar islam dininin tarixi və mədəniyyəti mövzularına məntiqi faktlara əsaslanacaqdır.
“İrəli” hesabat verdi
“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda təşkilatın son iki illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra, birliyin 2014-2016-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib və təşkilatın baş katibi təşkilatın son iki illik fəaliyyəti ilə bağlı çıxış edib. Hesabat təsdiqləndikdən sonra, təşkilatın idarə heyəti açıq səsvermə yolu ilə təsdiqlənib. Seçki prosesi yeni sədrin seçilməsiylə başa çatıb. Səs çoxluğu ilə MirHəsən Seyidov yenidən idarə heyətinin rəhbəri seçilib. MirHəsən Seyidov çıxışında gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib.
“AtaTexnologiya”dan yeni proqram təminatı
“Excelsior Hotel & Spa Baku” otelində “AtaTexnologiya” şirkətinin yeni “HRM360” proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “AtaTexnologiya” MMC layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarına “HRM360” proqram təminatının işini nümayiş etdirib, onları proqramın texniki və unikal imkanları ilə tanış edib.
Bakıda zənbildə uşaq tapılıb
Dekabrın 17-də Sabunçu rayonu Stansiyayanı küçəsində yaşayan Əliyeva Vüsalə Cahangir qızı səhər evdən çıxarkən qapının ağzına zənbil qoyulduğunu görüb. Zənbilə baxan qadın orada 1-2 aylıq oğlan uşağının olduğunu görüb və dərhal polisə məlumat verib. V.Əliyeva uşağı polis bölməsinə gətirib və rastlaşdığı hadisə ilə bağlı izahat verib. Uşaq 1 saylı körpələr evinə verilib. Körpənin müalicə olunduğu xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir. 1 aylıq körpə hərtərəfli müayinə edilib və həyatı üçün təhlükənin olmadığı müəyyənləşib.
Xeyli miqdarda pirotexniki vasitə aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.














