Moskvada Həmrəylik günü qeyd edilib

Rusiyada Azərbaycanlı gənclər «Dünya Azərbaycanlılarının Həmrəylik günü»nü qeyd edib. “OLAYLAR”-ın xəbərinə görə, bayram şənliyi Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondu və Azərbaycan Slavyan gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyətinin inkişafı və İntibahı Fondunun sədri ÜAK ın Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev tədbir təşkilatçılarını və qonaqları həmrəylik günü münasibəti ilə təbrik edib.

Rusiyada Azərbaycanlı gənclər "Dünya Azərbaycanlılarının Həmrəylik günü"nü qeyd edib. "OLAYLAR"-ın xəbərinə görə, bayram şənliyi Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondu və Azərbaycan Slavyan gənclər Assosiyasının Rusiya nümayəndəliyi tərəfindən təşkil edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyətinin inkişafı və İntibahı Fondunun sədri ÜAK ın Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev tədbir təşkilatçılarını və qonaqları həmrəylik günü münasibəti ilə təbrik edib. Daha sonra çıxış edən ASGA Rusiya nümayəndəliyinin sədriToğrul Allahverdiyev Azərbaycan Slavyan Gənclər Assosiyası olaraq Moskvada fəaliyyət göstərən ictimai təşkilatların həmrəyliyinə toxunub , AMİİF Fondunun və ASGA Rusiya nümayəndəliyinin bu funksiyanın layiqincə öhdəsindən gəldiyini vurğulayıb . Toğrul Allahverdili həmçinin 24 dekabrda Cənab Prezident İlham Əliyevin doğum günü olduğunu qeyd edərək bu münasibətlə Rusiyada yaşayan Azərbaycanlı gənclər adından Dövlət Başçısını təbrik edib , ölkəmiz naminə gördüyü işlərdə uğurlar arzu edərək gənclərin hər zaman onu dəstəklədiyini bəyan edib . Tədbirdə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun direktoru Şamil Tağıyev tərəfindən Azərbaycan mədəniyyətinin təbliğində və fondun inkişafında xidmətlərinə görə ən fəal tələbələr təltif edilib. Tədbirin ən maraqlı anı isə Ukrayna Azərbaycanlıları Konqresinin Prezidenti və Ukrayna Millətlər Ansanbleyasının Sədri Rövşən Tağıyevin Bayram şənliyində iştirak etməy ü Ukraynadan qonaq gələrək Rusiya Azərbaycanlılarına həmrəyliy nümaiş etdirməsi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31