“AtaTexnologiya”dan yeni proqram təminatı

“Excelsior  Hotel & Spa Baku”  otelində  “AtaTexnologiya” şirkətinin yeni “HRM360” proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “AtaTexnologiya”  MMC layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarına  “HRM360” proqram təminatının işini nümayiş etdirib,   onları proqramın texniki və unikal imkanları ilə tanış edib.

"Excelsior  Hotel & Spa Baku"  otelində  "AtaTexnologiya" şirkətinin yeni "HRM360" proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "AtaTexnologiya"  MMC layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarına  "HRM360" proqram təminatının işini nümayiş etdirib,   onları proqramın texniki və unikal imkanları ilə tanış edib.Proqram "AtaTexnologiya" şirkətinin mütəxəssisləri tərəfindən insan resursları sahəsində tətbiq etmək üçün 2016-cı ildə yaradılıb. Proqram HR menecerlər və personalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulub. "HRM360" proqram təminatı  kargüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir. Proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabatların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur. Qanunvericilik dəyişdiyi zaman proqrama da həmçinin, müvafiq dəyişikliklər edilir. Proqramda tətbiq edilən yeniliklərdən biri SMS bildirişin köməyi ilə müəyyən əlamətdar tarixlərin, məsələn, müqavilənin, məzuniyyətin, ad gününün və s.-in xatırlatma mexanizminin olmasıdır. Yaradılmış interfeys çox rahatdır və hər səviyyəli istifadçi üçün uyğundur. Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı  qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. "HRM360"-ın həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır. İndi o Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Lakin proqram təminatı işlənib hazırlanarkən, onun əsasına digər dillərdən də istifadə imkanı qoyulmuşdur. Bu, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan milli qanunvericiliyə adaptasiya etməyə imkan verir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31