Gündəm

9 illik xoşbəxt ailə boşanma ilə bitdi

19 Dekabr 2016 19:23

Türkiyənin məşhur iş adamı Hakkı Talu 9 il əvvəl evləndiyi Leyla Çebidən boşanıb. Tərəflər məhkəmədə razılaşaraq bir-birindən təzminat tələb etməyiblər. Bu evlilikdən doğulan 4 yaşlı qızları isə Leylada qalıb. H.Talu qızı üçün hər ay 5 min lirə (təxminən 2500 manat) təzminat ödəyəcək.

"8 dəfə sevmişəm" - Nurgüldən ilginc etiraf

19 Dekabr 2016 19:18

Aktrisa Nurgül Yeşilçay "Posta" qəzetinə müsahibə verib. Məlumata görə, şəxsi həyatı barədə danışan sənətçi "Həqiqi sevgi bir dəfə olur" sözlərini belə şərh edib:

Mark Entoni yenə boşandı - Cenniferə qayıdır

19 Dekabr 2016 19:13

Müğənni Mark Entoni model Şennon de Lima ilə rəsmən boşanıb. Məlumata görə, sənətçi bununla bağlı açıqlama yayıb: "Uzun müzakirələrdən sonra biz iki illik münasibətimizi bitirməyə qərar verdik. Bu çətin proses zamanı hər kəsdən şəxsi həyatımıza hörmət etməsini xahiş edirik. Bu barədə daha heç bir açıqlama verilməyəcək".

1 milyon avroluq KARTOF

19 Dekabr 2016 19:09

Tərəvəzlər təbiətin hədiyyəsidir. Onlar həm faydalı, həm də dadlıdır. Və başqa məhsullara nisbətən daha ucuzdur. Kənd təsərrüfatı məhsullarını əvəzsiz qidası olan kartofun isə bir çox xeyirli tərəflərindən xəbərdarıq.

Whatsapp istifadəçilərinə XOŞ XƏBƏR

19 Dekabr 2016 19:04

Whatsapp zarafatlara səbəb olan yeni funksiyanı, nəhayət, hazırlayıb. Yeni funksiya Whatsapp-da yazışarkən istəmədiyiniz, amma səhvən göndərdiyiniz mesajlar üçün nəzərdə tutulub.

"Barselona"da 4 futbolçuya istirahət

19 Dekabr 2016 19:00

"Barselona"nın futbolçuları Lionel Messi, Neymar, Luis Suares və Jerar Pike İspaniya Kubokunun 1/16 finalında "Erkules"lə cavab görüşünü buraxacaqlar.

Klublarımız yanvarın 4-də kisənin ağzını açacaq?

19 Dekabr 2016 18:55

Azərbaycanda 2016/17 mövsümünün qış transfer pəncərəsinin vaxtı müəyyənləşib. Qış transfer pəncərəsi yanvarın 4-ü açıq elan ediləcək, fevralın 1-nə keçən gecə, saat 00:00-da bağlanacaq. Sözügedən müddət ərzində Azərbaycan klubları heyətlərinə cəlb etdikləri oyunçuları qeydiyyatdan keçirə biləcəklər.  Goal.az 

Mübariz Əhmədoğlu: İran prezidentinin qəsbkar Ermənistana səfəri işğalçılığı dəstəkləmək mahiyyətlidir

19 Dekabr 2016 18:50

Müsəlman İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. Səfər dekabrın 21-də baş tutacaq. Dekabr ayının son dekadası İran prezidentlərinin səfəri üçün Ermənistana əlverişli tarixdir. Mahmud Əhmədinecatın səfərləri də bu dekadaya düşmüşdü. Xristian dünyası son dekadada siyasətlə yox, yeni il bayramı ilə məşğul olur.

İrkutskda fövqəladə vəziyyət elan olundu - SƏBƏB?

19 Dekabr 2016 18:46

İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Rusiya kosmosa kotlet göndərir – İNANILMAZ HADİSƏ

19 Dekabr 2016 18:29

Rusiyanın qərbindəki Kostroma şəhərinin rəhbərliyi Yeni İli qarşılayarkən dünyada bir ilkə imza atma istəyir.

Klintonun adamı seçkilərin nəticələrini tanımaqdan imtina etdi

19 Dekabr 2016 18:28

ABŞ-da prezident seçkilərində uduzan Hillari Klintonun silahdaşları seçkilərin nəticələri ilə barışa bilmirlər.

Dövlət sirri olan məlumatlarla işləyən rəhbər şəxslər attestasiyadan keçəcək

19 Dekabr 2016 18:24

Dövlət Təhlükəsizlik Xidməti “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nı təsdiq edib.

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

19 Dekabr 2016 18:22

Avropa İttifaqı bazar ertəsi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə 2017-ci il iyulun 31-ə qədər uzadıb. Bu barədə Aİ Şurasının məlumatında bildirlib.

Şahid: “MTN əməkdaşları Fİkrəti qara avtomobilə mindirdilər” - YENİLƏNİB-1

19 Dekabr 2016 18:11

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi fasiləsən sonra davam etdirilib.

Bakıda aptekdən xeyli miqdarda pul oğurlanıb

19 Dekabr 2016 18:08

Bakıda aptekdən xeyli miqdarda oğurluq edilib. Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 50 ünvanında yerləşən aptekdə qeydə alınıb. Belə ki, naməlum şəxs aptekin qapısını sındıraraq içəri daxil olub və kassada olan 2 470 manat pulu oğurlayaraq ərazini tərk edib.