Klintonun adamı seçkilərin nəticələrini tanımaqdan imtina etdi
ABŞ-da prezident seçkilərində uduzan Hillari Klintonun silahdaşları seçkilərin nəticələri ilə barışa bilmirlər.
19 Dekabr 2016 18:28 DünyaABŞ-da prezident seçkilərində uduzan Hillari Klintonun silahdaşları seçkilərin nəticələri ilə barışa bilmirlər. ABŞ prezidentinin postuna namizədin seçki qərargahının keçmiş rəhbəri Con Podesta seçkiləri "azad və ədalətli" adlandırmaqdan imtina edib.
Con Podesta Rusiya hakerlərinin onun şəxsi və Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtlarını sındırdığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən də seçkilərin nəticələri təhrif edilib.
Con Podestanın fikrincə, ABŞ prezidenti Donald Trampın komandasının üzvləri ilə Rusiya hakerləri arasında sövdələşmə ola bilər. Seçki qərargahının keçmiş rəhbəri həmçinin bildirib ki, belə bir sövdələşmənin olduğuna tam əmin deyil.
Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləri rəsmən başa çatacaq. Seçicilər Kollegiyasında keçiriləcək səsvermə ilə prezidentin adı rəsmiləşəcək. Qələbə üçün 538 nümayəndədən 270-nin səsi lazımdır. Səsvermənin nəticələri yalnız yeni ildə - yanvarın 6-da ABŞ Konqresində iclas zamanı məlum olacaq. Publika.az