“İrəli” hesabat verdi
“İRƏLİ” İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda təşkilatın son iki illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra, birliyin 2014-2016-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib və təşkilatın baş katibi təşkilatın son iki illik fəaliyyəti ilə bağlı çıxış edib. Hesabat təsdiqləndikdən sonra, təşkilatın idarə heyəti açıq səsvermə yolu ilə təsdiqlənib. Seçki prosesi yeni sədrin seçilməsiylə başa çatıb. Səs çoxluğu ilə MirHəsən Seyidov yenidən idarə heyətinin rəhbəri seçilib. MirHəsən Seyidov çıxışında gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib.
19 Dekabr 2016 17:21 Sosial"İRƏLİ" İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda təşkilatın son iki illik fəaliyyətinin hesabatı öz əksini tapıb. İlk olaraq konfransın reqlamenti təsdiqlənib. Daha sonra, birliyin 2014-2016-ci illərdəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib və təşkilatın baş katibi təşkilatın son iki illik fəaliyyəti ilə bağlı çıxış edib. Hesabat təsdiqləndikdən sonra, təşkilatın idarə heyəti açıq səsvermə yolu ilə təsdiqlənib. Seçki prosesi yeni sədrin seçilməsiylə başa çatıb. Səs çoxluğu ilə MirHəsən Seyidov yenidən idarə heyətinin rəhbəri seçilib. MirHəsən Seyidov çıxışında gənclər siyasətini dəstəklədiyini və hər zaman gənclərin yanında olduğunu bildirib.
Qeyd edək ki, İrəli İctimai Birliyi öz ad günü tortunu Son zamanlar cəbhə xəttində yaranan gərginliyi nəzərə alaraq, gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənmiş gəncləri mükafatlandırmaq məqsədi ilə, "İRƏLİ" İctimai Birliyi 18 dekabr 2016-cı il tarixində təşkilatın təsis edilməsinin 8 illiyini cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə qeyd edib.
"İRƏLİ" İctimai Birliyinin 8-ci il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, "İRƏLİ" komandası və 100 nəfərə yaxın gənc üzvlə birlikdə cəbhə xəttində yerləşən № saylı hərbi hissədə əsgərlərlə görüş keçirilməsi, fərqlənən gənclərə diplom və hədiyyələr verilməsi və əsgərlər üçün əyləncə proqramı təşkil olunması nəzərdə tutulmuşdur.