Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən həmin yarışa ezam olunan Qol güləşi üzrə məşqçi-müəllim Vüsal Qəzənfərovun yetirmələri kubok yarışlarında yüksək nəticələr göstəriblər. İdmançılarımız - Seyidzadə Ramil 55 kq çəki dərəcəsində sağ qol üzrə III yerə, sol qol üzrə II yerə, İsmayılov Elşən 110 kq çəki dərəcəsində sol qol üzrə III yerə , sağ qol üzrə III yerə layiq görülüb, Şahlarlı Toğrul 65 kq çəki dərəcəsində sol qol üzrə II yerə, sağ qol üzrə isə I yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31