Bakıda zənbildə uşaq tapılıb
Dekabrın 17-də Sabunçu rayonu Stansiyayanı küçəsində yaşayan Əliyeva Vüsalə Cahangir qızı səhər evdən çıxarkən qapının ağzına zənbil qoyulduğunu görüb. Zənbilə baxan qadın orada 1-2 aylıq oğlan uşağının olduğunu görüb və dərhal polisə məlumat verib. V.Əliyeva uşağı polis bölməsinə gətirib və rastlaşdığı hadisə ilə bağlı izahat verib. Uşaq 1 saylı körpələr evinə verilib. Körpənin müalicə olunduğu xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir. 1 aylıq körpə hərtərəfli müayinə edilib və həyatı üçün təhlükənin olmadığı müəyyənləşib.
19 Dekabr 2016 17:18 SosialDekabrın 17-də Sabunçu rayonu Stansiyayanı küçəsində yaşayan Əliyeva Vüsalə Cahangir qızı səhər evdən çıxarkən qapının ağzına zənbil qoyulduğunu görüb. Zənbilə baxan qadın orada 1-2 aylıq oğlan uşağının olduğunu görüb və dərhal polisə məlumat verib. V.Əliyeva uşağı polis bölməsinə gətirib və rastlaşdığı hadisə ilə bağlı izahat verib. Uşaq 1 saylı körpələr evinə verilib. Körpənin müalicə olunduğu xəstəxanadan bildirilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir və həkim nəzarətindədir. 1 aylıq körpə hərtərəfli müayinə edilib və həyatı üçün təhlükənin olmadığı müəyyənləşib.