Gündəm

Xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

18 Yanvar 2017 15:09

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Zəhərlənmələrə səbəb gigenik qaydalara əməl olunmamasıdı

18 Yanvar 2017 15:06

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev əvvəlki illərə nisbətən zəhərlənmələrin sayının azaldığını qeyd etdi. “Qeydə alınan zəhərlənmə halları ən çox məişət rejimində hazırlanan qidalarda rast gəlinir. Zəhərlənmələrə səbəb qida məhsullarının hazırlanması zamanı gigenik qaydalara əməl olunmamasıdı.

Qalmaqalları məhkəməyə qədər gedib çıxan yerli məşhurlar - SİYAHI

18 Yanvar 2017 15:03

Tanınmış simalar arasında qalmaqal tez-tez yaşanır. Bu davaların bəzisi barışıqla nəticələnsə də, bir çoxu məhkəməylə bitir. Həmkarını polisə şikayət edən tanınmışların siyahısını təqdim edir:

XİN: "Azərbaycan qanunlarının pozulmasını söz azadlığı prinsipi ilə ört-basdır etmək olmaz"

18 Yanvar 2017 15:01

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmuş, bundan sonra başqa bir pasportla yenidən Azərbaycana səfər edərək ölkənin dövlət sərhədlərini pozmuş bir şəxsin fəaliyyətinin söz azadlığının pozulması kimi təqdim edilməsi düzgün deyil.

3 məhbusun başı kəsildi

18 Yanvar 2017 15:00

Braziliyada son həftə ərzində üçüncü həbsxana şiyamı yaşanıb. Ölkənin şimal-şərqindəki Natal şəhərində yerləşən "Alkazuz" həbsxanasında qiyam qaldıran məhbuslar islah müəssisəsinin binalarını ələ keçirmişdilər.

Yoluxucu xəstəliklərin profilaktikası sahəsində əhəmiyyətli işlər görülür

18 Yanvar 2017 14:45

Yanvarın 18-də  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  2016 – cı ilin hesabatını mətbuata təqdim etdi. Afaq xanım bildirdi ki, Azərbaycan Respublikasında yoluxucu xəstəliklərlə mübarizə işi dövlətin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindən biridi. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2016-20120-ci illər üçün qəbul olunmuş “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” körpə və uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılmasına yönəlmiş vacib proqramdı.

Ermənistan havadarlarının dəstəyini itirib

18 Yanvar 2017 14:43

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri tərəfindən müsbət qarşılanıb. Artıq Qətərin ölkəmizdəki səfiri İslam Həmrəyliyi Oyunları ərəfəsində İslam ölkələrinin Forumunun keçirilməsi təklifi ilə çıxış edib. Siyasi ekspertlər hesab edirlər ki, İslam həmrəyliyinin bərqərar olması müsəlman ölkələrindəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllində müsbət rol oynaya bilər. Müsahibimiz "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovdur. 

Həmsədr dövlətlər Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları əsasında həllində maraqlı deyillər

18 Yanvar 2017 14:41

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ətrafında arzuedilməz proseslər cərəyan edir. Mövcud cəzasızlıq sindromundan maksimum səviyyədə yararlanan işğalçı Ermənistan problemin sülh yolu ilə həllinə meyil göstərmək əvəzinə, cəbhə xəttində təxribat törətmək, vəziyyəti gərginləşdirməklə öz çirkin əməllərini davam etdirir. İşğalçı ölkənin bu cür təcavüzkar siyasətini tənqid edib təsir göstərmək, onu sülh prosesinə cəlb etmək əvəzinə isə beynəlxalq güclər, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edir, ona bu və ya digər formada dəstək nümayiş etdirirlər. Ötən gün şimal qonşumuzun xarici siyasət idarəsi rəhbərinin timsalında bu dəstəyin bir daha şahidi olduq. Rusiyanın xarici işlər nazirinin keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ probleminə toxunarkən səsləndirdiyi ölkəmizin maraqlarına zidd fikirlər Bakıda birmənalı olaraq etiraz doğurub.

Rusiya heç vaxt Qarabağ məsələsində ədalətli mövqe tutmayıb

18 Yanvar 2017 14:36

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Bildirib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Rusiyalı nazir bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.

20 yanvar-qəhrəmanlıq və şəhidlik zirvəsi

18 Yanvar 2017 14:32

20 Yanvar faciəsi - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliamdır. 1990-cı ilin 20 yanvarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Beynəlxalq təşkilatlar öz funksiyalarını tam şəkildə yerinə yetirmirlər

18 Yanvar 2017 14:30

İşğalçı Ermənistan keçən ilin sonlarından etibarən cəbhədə yenidən vəziyyəti gərginləşdirməyə başlayıb. Son bir aya yaxın müddətdə bir neçə dəfə cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atan Ermənistan təkcə tərəflər arasında imzalanmış atəşkəs sazişini pozmaqla kifayətlənmir, eyni zamanda Azərbaycan ərazilərinə beynəlxalq səviyyədə qadağan olunmuş kimyəvi qatqısı olan silahlar ataraq açıq-aşkar təcavüzkar siyasətini nümayiş etdirir. Artıq son günlər işğalçı ölkə daha bir razılaşmanı pozaraq cəbhə xəttində yenidən snayper silahlarını işə salıb. Vəziyyətin bu cür davam etməsi isə hər ötən gün cəbhədə yeni bir savaşın başlanması riskini artırır. Amma maraqlısı odur ki, Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə göz yuman beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri vəziyyəti nizamlamaq, təxribatçı və işğalçı Ermənistana təzyiq göstərmək əvəzinə, əsas təpkini Azərbaycana göstərir, rəsmi Bakının öz torpaqlarını işğaldan azad etmək hüququnu tanımaq istəmir. Bəs görəsən bu cür vəziyyət prosesləri hara aparır və erməni təxribatları Qarabağda hərbi əməliyyatların aktiv fazaya keçməsinə səbəb ola bilərmi? Bu və ya digər suallarla siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

Milyarderin qardaşı oğlu qumarda 3,5 milyon uddu: REKORD QIRAN- VİDEO

18 Yanvar 2017 14:27

Braziliyalı biznesmen Pedro Qreden Bartell Uruqvay kazinolarının birində 35 min dollar qoyub və uduzmayıb.  "Ayaqqabı kralı" kimi də tanınan Pedro bütün fişkaları 32 sayına qoyub və ruletka məhz bu sektoru "seçib". Ayaqqabı fabrikinin sahibinin bəxti üzünə gülüb və o, düz 3,5 milyon dollar qazanıb.

1000-dən çox insan pulsuz göz müayinəsindən yararlanıb

18 Yanvar 2017 14:20

Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz Klinikası” ötən il ərzində müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib,  yüzlərlə xəstəni müayinə edib. Ağcabədidə yerləşən Gənclər üçün təhsil mərkəzində 47 nəfər,  Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində isə 29 nəfər müayinə olunub. Klinikanın həkimləri Salyanda və Siyəzəndə yerləşən internat məktəbində ehtiyacı olan 100 nəfərə yardım etdikdən sonra Əmircan, Zığ və Hövsan qəsəbəsində 120 nəfər olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstəriblər. Eyni zamanda Salyandakı Əlillər Cəmiyyətində 35 nəfər, Buzovna qəsəbəsindəki Qocalar evində isə 24 nəfər  müayinə olunub. Müayinələrin nəticələrinə əsasən ehtiyacı olanlara eynək reseptləri yazılıb, bəzilərinə isə müalicələr təyin edilib.

Milli Hidrometeorologiya Departamentinin XƏBƏRDARLIQ EDİR

18 Yanvar 2017 14:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə  Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Torpağın mühafizəsi üzrə araşdırma aparılıb

18 Yanvar 2017 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkəərazisindətorpağın və yerin təkinin mühafizəsi üzrə  ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.