Gündəm

Fransa Senatoru Azərbaycanı tolerantlığın və multikulturalizmin bariz nümunəsi kimi səciyyələndirib

18 Yanvar 2017 15:42

Fransa Respublikasının Senatoru, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü xanım Natali Qule 2015-2016-cı illər üzrə senatorluq fəaliyyətinə dair hesabatını təqdim edib. Xanım Senator ötən 2 il ərzində Fransa Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü kimi göstərdiyi fəaliyyətini şərh edərək Fransa-Azərbaycan münasibətlərinə də öz hesabatında geniş yer ayırıb.

İran vətəndaşları 3 gün ərzində viza ala biləcəklər

18 Yanvar 2017 15:40

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdə iranlı deputatlarla görüş keçirilib

18 Yanvar 2017 15:39

Milli Məclisdə Azərbaycan və İran İslam Respublikasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri arasında görüş keçirilib. “Olaylar” xəbər verir ki, MM-in Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov parlamentin fəaliyyəti barədə iranlı deputatlara ətraflı məlumat verib. Bildiriib ki, ölkələrimiz arasında sıx əlaqələr hələ ulu öndər Heydər Əliyevin zamanında qurulub və bu gün də uğurla inkişaf etdirilir. İki ölkənin parlament sədrlərinin xoş münasibəti sayəsində qanunverici orqanlar qarşılıqlı faydalı əməkdaşlıq edirlər. Komitə sədri əlavə edib ki,  2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olundu. Ölkədə yaşayan müxtəlif xalqların, dini konfesiyyaların nümayəndələrinə olan nümunəvi münasibət mədəniyyətlərarası dialoqun qurulmasına xidmət edir. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib.

Səhiyyə komitəsi yaz sessiyası üçün iş planını təsdiqlədi

18 Yanvar 2017 15:36

Milli Məclisinin Səhiyyə Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib. “Olaylar” xəbər verir ki, komitənin yanvarın 18-də keçirilən iclasında bildirilib ki, Səhiyyə komitəsi 2016-cı ilin payız sessiyasında səmərli fəaliyyət göstərib.

Elmar Qasımov: “Xəstələri əməliyyat edə bilmirik”

18 Yanvar 2017 15:34

"Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Buna görə də hazırda 2987 xəstə gözləyir. Onların vaxtı gedir, əməliyyat olunmalıdır, çünki onlar zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itiriə bilərlər”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

Kənar qutuya gələn mesajlar- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

18 Yanvar 2017 15:32

Facebookdakı kənar qutu həmişə diqqətimdən kənar qalır. Bəlkə də bu səbəbdəndir ki, bu gün 53 dəqiqəmi ora gələn mesajları oxumağa həsr elədim. Lazım olanları cavablandırdım, olmaynları silib atdım. Bu gün həm də belə bir qərara gəldim ki, sizi kənar qutudan kənar saxlamayım,həftədə bir dəfə sandığı açıb, pambığı töküm. Necə olmasa, hər ağızdan bir avaz gəlir.

Sürüşmə nəticəsində Şamaxıda yol dağılıb, 400 evə ziyan dəyib

18 Yanvar 2017 15:30

Torpaq sürüşməsi Şamaxının Mədrəsə qəsəbəsində problemlər yaradıb. Son günlər qəsəbədə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib. 460 təsərrüfat üzrə 2400 nəfərin yaşadığı Muğanlı qəsəbəsində torpaq sürüşməsi nəticəsində 150-dən çox evdə irili-xırdalı çatlar əmələ gəlib. İki ev tamamilə yararsız hala düşdüyündən sakinlər kompensasiya alaraq evlərini tərk ediblər. Hazırda isə 7 ev qəzalı vəziyyətdədir.

Bəzi içməli su nümunələrinin göstəriciləri qənaətbəxş deyil

18 Yanvar 2017 15:29

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov qurumun illik hesabat toplantısında bildirib ki, respublikanın 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də baktereoloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib. 

“Zamanın sorağında”

18 Yanvar 2017 15:27

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş “Zamanın sorağında” (rusca) kitabının təqdimat mərasimi keçirilib.

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi

18 Yanvar 2017 15:26

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlər nümayiş olunur .

İstanbulda 20 Yanvara həsr edilən sərgi

18 Yanvar 2017 15:24

Yanvarın 18-də İstanbul Yeditepe Universitetində Azərbaycanın İstanbuldaki Baş Konsulluğu və Yeditəpə Universitetinin akademik heyətinin təşkil etdiyi qanlı 20 yanvar faciəsinə həsr edilmiş sərgi açılıb. Sərgidə uşaqlar tərəfindən çəkilən və qanlı 20 yanvar hadisələrini əks etdirən çoxlu sayda rəsmlər və şəkillər nümayiş etdiriləcək.

Məktəblərdə sağlamlıq təbliğ olunur

18 Yanvar 2017 15:19

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş “Sağlamlığı təşviq edən Məktəblər” mövzusunda ikigünlük seminar keçirilib. Tədbirdə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsi bəyənat yaydı

18 Yanvar 2017 15:18

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bəyanatda deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olmuşlar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir.

"Özünü şeyx adlandıranlar yalançıdır, islama dəvəti dayandırın!" - ərəb din xadimindən şok açıqlama - VİDEO - FOTO

18 Yanvar 2017 15:17

"İslam dünyasında, müsəlman ölkələrində insanları islama dəvət edən şəxslərin, qurumların, cəmiyyətlərin və təşkilatların fəaliyyətinə son qoyulmalıdır. "Dəvət" adı ilə pərdələnən bu insanlar və təşkilatlar islama xeyir yox, zərər verirlər". Səudiyyə Ərəbistanının ən məşhur din xadimlərindən biri, üləma Həsən bin Fərhan əl Maliki "Rotana Xaliciyya" telekanalındakı "İctihad" proqramında belə deyib.

Dövlət Gömrük Komitəsinə yeni avadanlıqlar təqdim olunub

18 Yanvar 2017 15:15

Yanvarın 18-də Bakı Baş Gömrük İdarəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən Dövlət Gömrük Komitəsinə sərhədkeçmə prosesində sanitar və fitosanitar nəzarətinə düşən malların müayinə edilməsi məqsədilə yeni avadanlıqlar təqdim olunub.