Bəzi içməli su nümunələrinin göstəriciləri qənaətbəxş deyil

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov qurumun illik hesabat toplantısında bildirib ki, respublikanın 215 kəndində quraşdırılan modul tipli qurğulardan verilən içməli su nümunələrinin həm fiziki-kimyəvi, həm də baktereoloji göstəricilərində aşkar olunan nöqsanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndərilib. 

Ziyəddin Kazımov daha sonra qeyd edib ki, son 5 ildə mərkəz tərəfindən respublika ərazisində bulaq və yeraltı artezian sularının müayinələri ilə əlaqədar araşdırma aparıldığını və nümunələr götürüldüyünü xatırladan şöbə müdiri qeyd edib ki, bu nümunələrdə  təqdirəlayiq nəticələr əldə olunmayıb.

"Bununla bağlı yerli icra orqanları qarşısında məsələ qaldırılıb. Ümumiyyətlə, şəhərin və respublikanın ayrı-ayrı ərazilərinin içməli su təchizatı məsələsində daim nəzarət aparılır.

Bakı və digər rayonlarda su təmizləyici qurğulardan götürülən bəzi içməli su nümunələrinin göstəriciləri qənaətbəxş deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31