İstanbulda 20 Yanvara həsr edilən sərgi
Yanvarın 18-də İstanbul Yeditepe Universitetində Azərbaycanın İstanbuldaki Baş Konsulluğu və Yeditəpə Universitetinin akademik heyətinin təşkil etdiyi qanlı 20 yanvar faciəsinə həsr edilmiş sərgi açılıb. Sərgidə uşaqlar tərəfindən çəkilən və qanlı 20 yanvar hadisələrini əks etdirən çoxlu sayda rəsmlər və şəkillər nümayiş etdiriləcək.
18 Yanvar 2017 15:24 SosialYanvarın 18-də İstanbul Yeditepe Universitetində Azərbaycanın İstanbuldaki Baş Konsulluğu və Yeditəpə Universitetinin akademik heyətinin təşkil etdiyi qanlı 20 yanvar faciəsinə həsr edilmiş sərgi açılıb. Sərgidə uşaqlar tərəfindən çəkilən və qanlı 20 yanvar
hadisələrini əks etdirən çoxlu sayda rəsmlər və şəkillər nümayiş etdiriləcək. Sərginin açılışında çoxlu sayda qonaq, elm və incəsənət xadimləri , Azərbaycanın İstanbul Baş Konsulluğunun nümayəndələri , İstanbuldaki Azərbaycan icmasının qabaqcıl üzvləri çıxış edərək xalqımızın Milli Azadlıq yolunda apardığı mübarizədən və verdiyi qurbanlardan danışıblar. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.