Qafqaz Müsəlmanları İdarəsi bəyənat yaydı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bəyanatda deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olmuşlar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. QMİ-nin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bəyanatda deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olmuşlar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir.
Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə tapşırır ki, 20 Yanvar günü bu bəyanatın mətni oxunsun, "Axund və imamlar üçün xütbə nümunələri"ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə dindarlara moizələr edilsin, əziz şəhidlərimizin xatirəsinə anma mərasimləri keçirilsin, ruhları üçün Quran oxunsun, Allah-Təalaya dualar edilsin. Uca Allah Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərə rəhmət eləsin!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31