Gündəm
Adlar və soyadlar qanunla tənzimlənəcək
Azərbaycanda "Adlar və soyadlar haqqında" yeni hazırlanmış qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib. O, qeyd edib ki, layihəni komitə hazırlayıb. "Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub".
“Kinematoqrafiya haqqında" qanun layihəsi hazırlanıb
Milli Məclisinin Mədəniyyət Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib. Komitə sədri Rafael Hüseynov bildirib ki, Mədəniyyət komitəsi 2016-cı ilin payız sessiyasında səmərəli fəaliyyət göstərib. İş Planına prezidentin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Kinematoqrafiya haqqında", "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" və "Yazılı abidələr haqqında" qanun layihələri daxildir. Deputat deyib ki, "Kinematoqrafiya haqqında" qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Qurban Qurbanov İstanbul nəhənglərinə dəvət göndərdi
Antalyada toplanışda olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.
Alınma sözlərin düzgün yazılışını müəyyənləşdirmək üçün qaydalar hazırlanır
AMEA Dilçilik İnstitutu tərəfindən başqa dillərdən keçən sözlərin düzgün yazılışını dəqiq müəyyənləşdirmək üçün transliterasiya qaydaları hazırlanır. Bunu AMEA Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli "Saytların dil mənzərəsi" adlı tədbirdə deyib. B.Məhərrəmli deyib ki, hazırda xarici dillərdə olan mürəkkəb sözlərin Azərbaycan dilində yazılışı zamanı transliterasiya qaydalarına riayət olunma baxımından ciddi qüsurlar var.
Türkiyədə terror planlaşdıran Abud Maho tutuldu - VİDEO
Türkiyənin Şanlıurfa şəhərindən həyəcanlı xəbər gəlib. Təhlükəsizlik İdarəsi Terrorla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində "canlı bomba" ələ keçib. Qeyd edilir ki, terrorçu İŞİD üzvüdür.
AzTU-da 20 Yanvar şəhidləri anılıb
Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb.
“Bakı Metropoliteni”nə məlumat turu təşkil ediləcək
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə növbəti Məlumat Turu təşkil edəcək. “OLAYLAR”-ın xəbərinə görə, yanvarın 26-da baş tutacaq məlumat turu Səhmdar Cəmiyyətin Təlim-tədris Mərkəzinin inzibati binasında keçiriləcək.
Diaspor təşkilatları da Lavrova etiraz etdi
Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının da ciddi narazılığına səbəb olub. Belə ki, Danimarkada fəaliyyət göstərən – Azərbaycan Vətən Cəmiyyeti, Rusiya xarici Işlər naziri Sergey Lavrovun “Qarabağ Azərbaycanin daxili işi deyil” tipli açıqlamasina etiraz bildirib. Bu barədə “OLAYLAR”-a məlumat verən cəmiyyətin sədri Səfər Sadiqi deyib ki, tarix boyu ermenilərə dəstək verən Rusiya bu gün də həmin siyasəti davam etdirir: “Qarabağ Azərbaycanin tarixi torpaqlarıdır. Biz BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb edirik”.
Yoluxucu xəstəliklərin qarşısının alınması tədbirləri gücləndirilir
“Təqdirəlayiq haldır ki, ÜST tərəfinfən Azərbaycanda qızılca və məxmərək xəstəliklərinə qarşı aparılan tədbirlər yüksək qiymətləndirilmiş və qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa regional komissiyasının 26-29 oktyabr 2015-ci il tarixli iclasında Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyası Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən təsdiqlənərək xüsusi sertifikatlar təqdim olunmuş və Səhiyyə Nazirliyinə rəsmi təbrik məktubları göndərilib.” - bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında deyib.
İnfeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunur
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrildiyini bildirdi.
“İçəri Şəhər” Park Cinemada
Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq “İçəri Şəhər” bədii filmi Park Cinema kinoteatrlarında nümayiş olunacaq.
Gənc alimlər 20 Yanvar Faciəsinin qurbanlarını andılar
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirildi. Faciə qurbanlarının ruhlarının bir dəqiqə sükutla yad edilməsi ilə başlanılan tədbiri açıq elan edən Şura sədri, dosent Famin Salmanov qeyd etdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndi. Onun sözlərinə görə, 27 il bundan öncə baş vermiş 20 yanvar hadisəsi, mütləq müstəqilliyimizin bərqərarında xüsusi önəm daşısa da, o gün Azərbaycanın tarixində qanlı faciə statusunda qalmaqdadı və hər il xalqımız tərəfindən eyni ürək ağrısı ilə anılır.
ABŞ-ın ən yaşlı meymunu öldü
Ohayo ştatının Kolambus zooparkında ABŞ-ın ən qoca meymunu ölüb. Qorillanın ölümünə soyuqdəymə səbəb olub. Məlumata görə, keçən ilin dekabrında qorillanın 60 yaşı tamam olmuşdu.Lent.az
Malidə törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb
Malidə hərbi düşərgədə törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb. Hadisə ölkənin şimal-şərqindəki Qao şəhərində baş verib. Hərbi düşərgənin yaxınlığında park edilən avtomobildə quraşdırılmış partlayıcı qurğu işə salınıb. Düşərgədə hərbçilər və bir sıra silahlı qrupların üzvləri qalırmış. Onlar ölkənin şimalında hərbi münaqişənin tənzimlənməsinə dair razılaşmanın yerinə yetirilməsi işinə nəzarət edib.
Rusiya XİN rəhbəri: “ATƏT-in potensialının Ukrayna böhranının həllinə yönəldilməsini istəyirik”
"Avstriyalı həmkarımla görüşümüz konstruktiv keçdi". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov avstriyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurtsla keçirdiyi mətbuat konfransında bildirib.














