AzTU-da 20 Yanvar şəhidləri anılıb
Azərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb.
18 Yanvar 2017 15:59 SosialAzərbaycan Texniki Universitetində (AzTU) Qanlı Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəblərindən, ağır mənəvi, psixoloji və sosial nəticələrindən danışıb. 20 Yanvar tarixinin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi, həm də qürur və iftixar hissi ilə xatırlanacaq. Daha sonra AMEA-nın Tarix İnisitutunun direktor müavini Cəbi Bəhramov çıxış edərək bu faciənin xalqımızın həyatında və yaddaşında dərin iz qoyduğunu deyib. C. Bəhramov bildirib ki, həmin gecə günahsız və silahsız vətəndaşlarımız milli azadlığımız, suverenliyimiz uğrunda mübarizəyə qalxıblar. AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Məmmədaslan Quliyevsə bu günki gənclərin 20 Yanvar hadisəsinə faciə kimi yanaşmadığını deyib. Bildirib ki, Azərbaycan gəncləri bu tarixi qəhramanlıq və müstəqilliyimiz uğrunda mübarizə tarixi kimi yadda salır. Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli filimlər, slaydlar nümaiş olunub və tələbələrin ədəbi-bədii kompozisiyası təqdim ediblər.