Gündəm

İran terrorizmdə ittiham edildi - Davosda QALMAQAL

18 Yanvar 2017 16:43

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda (UİF) İranı terrorizmi dəstəkləməkdə və region ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırıb.

Özbəkistan portalında yayılan məqalədə Ermənistan tərəfinin Azərbaycan əsgərinin cəsədini qaytarmaması pislənilir

18 Yanvar 2017 16:42

Özbəkistanın “Ziyouz” portalında “Azərbaycan əsgərinin cəsədi Vətənə nə vaxt qaytarılacaq?” sərlövhəli məqalə verilib.

ABŞ-Rusiya: güc nümayişi və qarşılıqlı ittihamlar

18 Yanvar 2017 16:35

Soçidən bir qədər aralıda Rusiyaya məxsus hərbi təyyarənin qəzaya uğraması müəyyən sualların yaranmasına səbəb olub.

Ölkəmiz bu il beynəlxalq aləmdə ən yüksək şəkildə islami dəyərləri tərənnüm edəcək

18 Yanvar 2017 16:34

2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması müsəlman aləmi üçün həm siyasi, həm də mədəni, ictimai aspektlərdən çox aktualdır. Hazırda İslam aləminin ağır siyasi sınaqlarla üz-üzə qaldığını nəzərə alsaq, Möhtərəm Cənab Prezident İlham Əliyevin bu təşəbbüsünün nə qədər zamanında və məntiqli bir addım olduğunun şahidi ola bilərik.

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Opera və Balet Teatrında

18 Yanvar 2017 16:31

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin “Şelkunçik” baletinin premyerası keçirilib.

AntiAzərbaycan qüvvələr “mübarizə meydanında”

18 Yanvar 2017 16:32

Azərbaycan hansısa bir təşəbbüslə çıxış edib onu reallaşdırmaq ərəfəsində olanda, yaxud beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi tədbirə evsahibliyi edən zaman bir qayda olaraq ölkəmiz xaricdəki bəzi pozucu, qeyri-obyektiv fəaliyyət göstərən  qurum və quruluşların yadına düşür. Yaxın tarixə nəzər salsaq görərik ki, istər “Evrovision” musiqi yarışması, istər Birinci Avropa Oyunları, istərsə də “Formula-1” yarışları zamanı, istərsə də ölkədə keçirilən seçkilər, beynəlxalq konfranslar zamanı biz bunun əyani şahidinə çevrilmişik. Həmin antiAzərbaycan şəbəkənin qarşısına qoyduğu bir məqsəd var ki, o da Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, ölkəmiz barədə dünyada mənfi rəy formalaşdırmaqdır.

İntensiv dəyişikliklərə hazır olun

18 Yanvar 2017 16:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə  Bakıda və Abşeron yarımadasında yanvarın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

ADU-da mediatur təşkil olunub

18 Yanvar 2017 16:28

Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təhsil ekspertləri, KİV nümayəndələri,  QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə mediatur təşkil olunub.

Banklar müştərilərə əlavə borc yükləyirlər

18 Yanvar 2017 16:23

Bank müştərilərinə əlavə borcların yazılması halları davam etməkdədir. Vətəndaş Rəşad Paşayev redaksiyamıza müraciət edərk bank tərəfindən əlavə borcla yükləndiyini bildirib: “Mənim Yapı Kredi Bank Azərbaycana “avtokreditim” olub. 29 ay müddətində krediti heç bir problem olmadan ödəmişəm. Lakin ölkədə baş verən devalvasiyadan sonra borcu ödəməkdə müəyyən yubanmalar yarandı. Sonradan isə banka olan bütün borcu ödədim”.

Nazir Əli Rəbiinin ƏƏSMN-nin müəssisələrində olub

18 Yanvar 2017 16:22

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi və Bakı Regional Peşə Tədrisi Mərkəzində olub.

3093 nəfər əmək birjaları vasitəsilə işlərə göndərilib

18 Yanvar 2017 16:17

Ötən il boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən ibarət 3 093 nəfər Xidmətin Əmək birjaları vasitəsilə mövsümi və müvəqqəti xarakterli işlərə göndərilib.

ABŞ dolları aşağı düşməyə başlayır

18 Yanvar 2017 16:16

“ABŞ dollarının dünyada möhkəmlənməsi heç ABŞ-ın özünə də iqtisadi cəhətdən yaxşı heç nə vəd etmir. Baha dolların tək üstünlüyü ABŞ-da istehlak bazarının həcminin artmasına gətirib çıxarmağıdır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Tahir Mirkişili çıxış edib. O, bildirib ki, seçicilər üçün bu cəlbedici olduğundan cənab Trumpın əvvəlki müsahibələrində bu amil kifayət qədər istifadə olundu: “Amma artiq reallıqlarla qarşılaşan cənab Trump dünən “The Wall Street Journal”-a müsahibəsində elan etdi ki: o, zəif dolları dəstəkləyir. Bu bəyanatın ardınca ABŞ dolları aşağı düşməyə başlayır”.

“Milli kimlik və dəyərlərimiz” adlı tədbir keçirilib 

18 Yanvar 2017 16:15

Zaqatala Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon Təhsil Şöbəsi və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə Zaqatala rayonu Aşağı Tala 3 saylı tam orta məktəbində “Milli kimlik və dəyərlərimiz” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, müəllim və şagirdlərin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru İlham Qırtımov açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib.

Davos Forumu Azərbaycana xarici investisiyaların cəlb olunması üçün də çox önəmli məkandır

18 Yanvar 2017 16:14

“Davos Forumu Dünya İqtisadi Forumunun ən vacib tədbiridir. Burada dünyanın tanınmış siyasətçiləri, iqtisadçıları və iş adamları qeyri-rəsmi şəraitdə sülh və sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişaf perspektivlərini müzakirə edirlər. Ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu Forumun işində iştirak edir, bu da bir tərəfdən Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığını nümayiş etdirir, digər tərəfdən bizim ölkənin dünyada baş verən iqtisadi və geostrateji prosseslərin müzakirəsində iştirak etməsi imkanını yaradır”.

Qrip və kəskin respirator virus infeksiyalarına qarşısı alınır

18 Yanvar 2017 16:11

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qurumun illik hesabat toplantısında  bildirdi ki,  Səhiyyə Nazirliyinin 24.02.2014-cü il tarixli 13 saylı əmri ilə təsdiq olunmuş 2010-2016-cı illərdə poliomielitdən azad ərazi statusunun saxlanılması üzrə Milli Fəaliyyət Planının icrasına dair kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin və poliomielitə qarşı immunizasiya vəziyyətinin yaxşılaşdırılması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra rayonlarda dəstəkləyici kurasiya tədbirləri aparılmış, eyni zamanda Milli Fəaliyyət Planı ilə müəyyən edilmiş ərazilərdə polioviruslar üzərində ətraf mühitin daimi monitorinqi davam etdirilir.