Gündəm
Direktordan müavininə dələduzluq İTTHAMI
Bakıda beynəlxalq yükdaşıma xidmətinin Bakı ofisinin direktor müavini dələduzluq edib. Bu barədə "Tern Transport and Trading" MMC-nin direktoru, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mübariz Süleymanov hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
Rusiya Qarabağ probleminə ciddi yanaşmır
“Rusiya xarici İşlər naziri Sergey Lavrovun "Qarabağın azadlığı Azərbaycanın daxili işi deyi!", bəyanatından da neqativ davranış ola bilməz”.
20 Yanvar faciəsi anılıb
Yanvarın 18-də Milli Olimpiya Komitəsinin iclas zalında 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, “20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilən toplantında nazirliyin rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının, idman ictimaiyyətinin nümayəndələri, tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev 1990-cı ilin yanvar ayında baş verən hadisələr, Rus qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamdan danışıb. Digər çıxış edən natiqlər də həmin gün barədə fikirlərini bildiriblər.
Əli Əhmədov Türkiyə səfiri ilə görüşüb
Yanvarın 18-də Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycan Respublikasındakı yeni səfiri Erkan Özoralla görüşüb. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşdırılmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən Baş nazirin müavini Əli Əhmədov bütün sahələrdə əlaqələrin uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasına səbəb olduğunu bildirib.
Özünü saat qüləsindən atmaq istədi
Bakıda 36 yaşlı kişi intihara cəhd göstərib. Hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki saat qülləsinə çıxıb. Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti Bölüyünün əməkdaşları intiharın qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənzildə kişi meyiti tapılıb
Bakıda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb.“Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Özəlləşdirmə portalının istifadəçilərinin sayı artıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçən ilin avqustunda istifadəyə verilən özəlləşdirmə portalından (privatization.az) istifadə edənlərin sayı artıq 390 mini ötüb. Son 1 ay ərzində isə bu rəqəm 70 minə yaxın olub ki, bu da digər aylarla müqayisədə yüksək göstərici olaraq qeydə alınıb. Komitədən “Olaylar”a verilən məlumata görə, statistikaya əsasən məlum olur ki, istifadəçilər tərəfindən ən çox oxunan və ziyarətçi sayı yüksək olan bölmə məhz hərraclar bölməsidir.
M.Ə.Sabirin kitabları və ona aid olan digər sənədlər rəqəmsallaşdırıldı
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun birgə təşkilatçılığı ilə “Mərkəzi Elmi Kitabxana: rəqəmsal bələdçilərlə milli yaddaşa” mövzusunda tədbir keçirilib.
«Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
Sabah - yanvarın 19-da saat 14.00-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmin təqdimatı keçiriləcək. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirmiş, hadisəyə siyasi qiymət vermişdi.
Fuad Qəhrəmanlı məhkəmədən vaxt istəyib - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Nuriyev son söz deyib. O, günahsız olduğunu bildirib.
Türkiyə parlamentində qızğın müzakirələr
Bu gün Türkiyə parlamentində konstitusiya dəyişiklikləri ilə bağlı səsvermənin ikinci turu keçiriləcək. Bir neçə gün əvvəl başa çatmış səsvermə nəticəsində dəyişikliklərin lehinə 330 səs verilmişdi. Bu göstərici, referendumun keçirilməsi üçün tələb olunan minimal rəqəmdir.
Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün hüquqi baza yaradılıb
Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.
Azərbaycan alimi "Nobel"i ittiham etdi
Azərbaycan nefti hesabına formalaşan Nobel Mükafatı azərbaycanlıların qanını tökən bir cinayətkara verilib. Təkcə bu fakta görə Beynəlxalq Nobel Komissiyasını cinayətkar qurum hesab etməyə yetər.
Hərbi qulluqçular tərəfindən törədilmiş hadisələrin sayı 22 faiz azalıb
2015-ci illə müqayisədə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərin və kobud intizam pozuntularının sayı sabit qalıb, hadisələrin sayı 22 faiz, xəsarətlərin sayı isə 30,4 faiz azalıb.
Azərbaycanda "siqaret qiyməti" FIRILDAĞI
Bu gündən tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub. Tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar bildirib ki, mağazalara tütüm məmulatlarının tədarükü dayandırılıb.














