Gündəm
Musiqili Teatrın aktyorları mükafata layiq görülüb
Azərbaycan Dövlət Musiqili Teatrının 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival iştirakçıları və Təbrizli tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.
Nəsimi rayonunda 20 Yanvar facəsinə həsr olunmuş tədbir keçirilib
18 yanvar 2017-ci il tarixdə Nəsimi rayonu 1 saylı tam orta məktəbdə H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin və məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
20 Yanvar faciəsi Bəstəkarlar İttifaqında anılıb
Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans zalında 20 Yanvar Faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi.
Sabah “MTN işi” üzrə növbəti məhkəmə başlayır
Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yanvarın 19-da başlayacaq.
Bakıda azyaşlılar internetdə zorakılıq səhnələrini izləyə bilməyəcək
Bakı şəhərində internetdən istifadə edən azyaşlılar ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara girə bilməyəcəklər. Artıq valideynlər azyaşlıların girdikləri saytlara filtrləmə xidməti vasitəsilə nəzarət edə biləcəklər.
Ermənistan hakimiyyəti hərbi qulluqçuları aldatdı
“Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi” ordudan təxris edilmiş əsgərlərin hərbi biletlərində aprel döyüşləri ilə bağlı hər hansı qeydin göstərilməməsi, həmçinin onlara əməliyyatlarda iştirakları ilə bağlı hər hansı sənədin verilməməsi üçün gizli göstəriş verib.
Türkiyədə saxlanılan İŞİD-çi bombaların yerini göstərdi
Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindən Türkiyəyə qeyri-qanuni yolla daxil olan İŞİD terror təşkilatının üzvü saxlanılıb. O, ölkədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinir. Belə ki, dindirilmə zamanı terrorçu sərhəddə torpağa içində silah-sursat olan torba basdırdığını bildirib. Trend.az
Rusiyadan eyham: "Nebo-M" Gümrüdən Azərbaycanı izləyəcək?
Rusiya Müdafiə Nazirliyinin jurnalı “Voennoe obozrenie” (“Hərbi icmal”) silahlanmaya son illərdə daxil olan ən yeni “Nebo-M” radiolokasiya stansiyasının taktiki-texniki göstəriciləri və onun NATO ölkələrinin “stels” tipli təyyarələrini belə aşkar etmək imkanında olduğu barədə məqalə dərc edib.
Azərbaycanın ABŞ-dakı səfirindən Tramp administrasiyasına mesaj
Dövlət Departamentində ABŞ-ın yeni administrasiyasından xarici siyasət gözləntilərinə dair konfrans keçirilib. Amerika Xarici Siyasi Xidməti Assosiasiyası (The Associates of the American Foreign Service Worldwide) tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi Vaşinqtonda akkreditə olunmuş diplomat və ekspertlərin iştirakı ilə məsələ üzrə fikir mübadiləsinin aparılması olub.
Avropa Parlamentinin yeni sədri Berluskoninin keçmiş mətbuat katibidir
Xəbər verdiyimiz kimi, Avropa Parlamenti 2017-ci ildə ilk iclasında Avropa Komissiyasının keçmiş üzvü, italıyalı mühafizəkar siyasətçi Antonio Tayanini yeni sədr seçib. Onun namizədliyini 351 deputat, rəqibi, italyan sosial-demokrat Canni Pittellanı 282 deputat dəstəkləyib.
"Reina" terrorçusu YALVARDI: "Məni öldürməyin"
Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən və yanvarın 16-na keçən gecə Esenyurtda yaxalanan terrorçu Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar üzə çıxıb. “CNNTürk” Raqqadan təlimat aldığını etiraf edən terrorçunun pulu da həmin qaynaqdan əldə etdiyini yazıb. Qeyd edilib ki, Maşaripovu idarə edən Hoca Akın adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub.
İlk sosial mənzillər gələn il istifadəyə veriləcək
Mənzil İnşaatı Dövlət Agentliyinin sosial evlərlə bağlı birinci layihəsi 29 yaşayış binasını əhatə edir. Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev "Region Plus" jurnalına verdiyi müsahibəsində deyib ki, layihənin gerçəkləşdirilməsi üçün Bakıda Dairəvi Yolun yanında 11,6 hektarlıq sahə ayrılıb: “Onların 12-si birbloklu 12 mərtəbəli bina, 17-si isə ikibloklu 9 mərtəbəli bina olacaq, 1 854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Bundan başqa, şəhərciyin ərazisində 960 yerlik məktəb və 240 yerlik uşaq bağçası tikiləcək. Bəzi binaların altında sosial və təsərrüfat obyektləri üçün qeyri-yaşayış sahələri olacaq. Bundan başqa, ticarət mərkəzi üçün də ərazi ayrılıb”.
Rusiya Ermənistanda yeni “maket hərbi hissəsi” yaratdı
Ötən ilin aprelində qüdrətli ordumuzun işğal altında olan min hektarlarla ərazini və mühüm strateji yüksəklikləri azad etməsindən sonra vahiməyə düşən Ermənistanın hərbi sahədə Azərbaycana qarşı üstünlüyünü acizanə şəkildə nümayiş etdirmək cəhdləri növbəti dəfə iflasa uğradı. Guya güclü artilleriya qurğularına və raket komplekslərinə malik olduğunu bütün dünyaya car çəkən, bunu “nümayiş” etdirməkdən çəkinməyən forpost dövlət ortaya çıxan əsaslı faktlarla bir daha ifşa edildi.
İki xəstəxanaya direktorlar təyin edildi
Mingəçevir və Yevlaxdakı Rayon Mərkəzi xəstəxanalarına direktor təyin edilib. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, agentliyin direktoru Zaur Əliyevin əmri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Yevlax Şəhər Uşaq Xəstəxanasının bazalarında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Yevlax Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının bazasında isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxs yaradılıb.
Türkiyədə bina çökdü: polis məmuru son anda xilas oldu
Türkiyədə Muğlanın Milas mahalında tarixi bir bina çöküb. Uçqun zamanı binanın altından motosikletlə keçən bir polis məmuru son anda ölümdən xilas olub. Həmin görüntülər təhlükəsizlik kameralarına əks olunub. Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər verir.














