Gündəm
6-cı sinif şagirdi özünü asdı DƏHŞƏT
Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Aman ilə görüşüb
“Windows 7” sisteminin dəstəklənməsinin nə vaxt dayandırılacağı rəsmən açıqlanıb
“Əşyalar interneti” qurğularını yoluxduran virus aşkarlanıb
2020-ci ilə dünyada istifadədə olan smartfonların sayı 50% artacaq
“iOS” üçün “Onion” anonim brauzeri pulsuz istifadəyə verilib
Kompüter təlimi “Google+” şəbəkəsindəki şəkillərin təsvir ölçüsünü yaxşılaşdırıb
“Facebook Messenger”də boşluq səsli mesajlara müdaxiləyə imkan verir
Vergidən yayınan şirkətlərin adları açıqlandı
Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı olan gömrük orqanları sahibkarlar, biznes nümayəndələri arasında mütəmadi olaraq təbliğat işi aparır və xarici iqtisadi fəaliyyət nəticəsində qanunvericilikdə nəzərdə tutulan gömrük vergi və rüsumlarının xalqımızın rufah halının yaxşılaşdırılması, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, təhsil, səhiyyə və sosial sahədəki məsələlərin həllində mühüm rol oynadığı xüsusilə vurğulanır. Komitədən verilən məlumata görə, aparılan mütəmadi təbliğat işinə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bir sıra xarici İqtisadi fəaliyyət iştirakçıları-hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır. Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.
Azərbaycan prezidenti Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Apa.az
Akif Çovdarovun məhkəməsində sabiq polis zərərçəkmiş qismində ifadə verib YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Dağlıq Qarabağda erməni əsgər öldürülüb
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində erməni əsgər öldürülüb. Dağlıq Qarabağda öldürülən əsgər 20 yaşlı Andranik Musikyandır. A. Musikyan yanvarın 18-də saat 14 radələrində cavab atəşi ilə məhv edilib. Bu barədə APA.az "news.am" saytına istinadən xəbər verir.
AMEA Naxçıvan Bölməsində qarşıda duran vəzifələr geniş təhlil olunub
AMEA Naxçıvan Bölməsində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasının yekunları və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrə həsr olunan tədbir keçirilib.
Rufiz Qonaqov: “Davos forumu Azərbaycana bir sıra iqtisadi və siyasi dvidentlər qazandıracaq”
Hər il yanvar ayında İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu bu il də öz işinə başlayıb. Forumda il ərzində dünyanı gözləyəcək əsas iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gəliblər. Sayca 49-cu forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər. Forum yanvarın 21-nə kimi davam edəcək. Qeyd edək ki, bir neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib.














