Gündəm
"Qurban Qurbanovun dediyi ağ yalandır"
Ötən mövsümün sonu "Qarabağ"dan ayrılan isveçli hücumçu Samuel Armenterosun gedişi indiyə qədər müəmmalı qalıb. "Anderlext" və "Feyenoord" kimi komandalarda oynamış forvard qəflətən Ağdam klubunu tərk etmişdi.
İstanbulun Aydın Universitetində 20 yanvar faciəsi anıldı
Dünən İstanbulun Aydın Universitetində 20 yanvar faciəsinə həsr edilmiş Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi fotosərgi keçirilib.
Xaricdə terrorçuluqla məşğul olan azərbaycanlılar vətəndaşlığı itirmiş sayılırlar
Xaricdə terrorçuluqla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Əli İnsanovun apellyasiya şikayəti təmin edilmədi
Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan həbs qətimkan tədbirinin artırılması ilə bağlı Qaradağ rayon məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.
Obamanın xarici siyasət kursu davam etdiriləcəkmi?
Barak Obamanın Ağ evi tərk etməyə hazırlaşdığı bir vaxt həm onun tənqidçiləri, həm də tərəfdarları xarici siyasətin qarışıq olduğunu deyirlər. Üsama Bin Ladenin məhv edilməsi, Yaxın Şərq də daxil edilməklə, dünyanın bir sıra bölgəsindəki zorakılıqlar. Ekspertlər hesab edirlər ki, Obamanın mirasını Donald Trampın necə davam etdirəcəyini proqnozlaşdırmaq asan deyil.
3 sinif yoldaşını və müəllifi güllələdi, intihar etdi - məktəbdə dəhşət - VİDEO
Məktəbdə sinif otağında qəflətən atəş açmağa başlayan şagird iki sinif yoldaşını və müəllimi atəşə tutub. Olay Meksikanın şimalındakı Nuevo-Leon ştatında, Monterrey şəhərində yerləşən "American School of the Northeast" məktəbində baş verib.
DGK sədri "Sınıq Körpü"dəki növbələrin və problemlərin səbəbini açıqlayıb
Dövlət Gömrük Komitəsinin sədriAydın Əliyev Azərbaycanla-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına aydınlıq gətirib.
Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub, 18 uşaq ölüb
Hindistanın Uttar-Pradeş ştatında məktəb avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 18 uşaq ölüb, 40 uşaq xəsarət alıb. Hadisə Etax bölgəsində baş verib. Uşaqları məktəbə aparan avtobus kartof daşıyan yük avtomobili ilə toqquşub. Faktla bağlı araşdırma aparılır. Bu barədə APA.az "Times of India" nəşrinə istinadən xəbər verir.
İŞİD tərkibində döyüşmüş azərbaycanlıların apellyasiya şikayətinə baxılır
Bakı Apellyasiya Məhkəməsində İŞİD-in tərkibində vuruşmuş Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.














