Gündəm

“Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb  

19 Yanvar 2017 12:43

“Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “OLAYLAR”-ın xəbərinə görə, əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini “Excelsior Hotel & Spa Baku” otelinin departamentlərində keçə biləcəklər.

2017-ci il “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”nin rəsmi açılış mərasimi olub

19 Yanvar 2017 12:39

Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərasim Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli” çərçivəsində reallaşan tədbirlərdən biridir.

Sumqayıtda sex yanıb

19 Yanvar 2017 12:31

Sumqayıt şəhərində vətəndaşa məxsus taxta sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 150 kv.metr olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi sahədə 10 kv.metr sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Komitə və nazirliklər parlamentə hörmətsizlik edirlər?

19 Yanvar 2017 12:29

“Milli Məclisin İnsan hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.

Kürdəmirdə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib 

19 Yanvar 2017 12:25

Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon Polis İdarəsinin (RPİ) və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının (MRX) akt zalında rayonun səhiyyə işçilərinin iştirakı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir və İslamda şəhidlik zirvəsi” mövzusundaanım tədbiri təşkil olunub.

“20 Yanvar – Şəhidlərimiz qəhramanlıq səlnaməsidir!” adlı tədbir keçirilib

19 Yanvar 2017 12:23

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “20 Yanvar – Şəhidlərimiz qəhramanlıq səlnaməsidir!” adlı tədbir keçirib. “OLAYLAR”-ın xəbərinə görə, Kəlbəcər rayon 126 saylı orta məktəbinin şagirdələri ilə birgə İctimai Birliyin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, uşaqlara bu tarix haqqında məlumat verilib və şəhidlərin məzarına qərənfillər düzülüb.

Azərbaycan ilə Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

19 Yanvar 2017 12:22

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib. Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.

Ermənilər 40 dəfə atəşkəsi pozub

19 Yanvar 2017 12:20

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

Fuad Qəhrəmanlı və daha bir təqsirləndirilən son soz deyib

19 Yanvar 2017 12:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən,AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son söz deyib.

Şamaxıda sürüşmə baş verən yol çəkilməzdən əvvəl geoloji tədqiqat aparılmalıydı

19 Yanvar 2017 12:17

“Şamaxı rayonunda sürüşmə nəticəsində dağılmış Çuxuryurd-Qızmeydan avtomobil yolunda bizim Xidmət tərəfindən mühəndisi-geoloji tədqiqatlar aparılmayıb. Ərazidə mühəndisi-geoloji tədqiqatlar aparılmadığına görə belə fəsadlar baş verir”.

Erməni tərəfi itkilərinin sayının azalmasını istəyirsə, təxribatlara son qoymalıdır

19 Yanvar 2017 12:14

“Son günlər Ermənistan ordusunda itkilərin sayının artması erməni cəmiyyətində böyük əks-səda doğurub. Sosial şəbəkələrdə yazan ermənilər vahiməyə düşdüklərini gizlətmir, erməni rəhbərliyini günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvar ayının əvvəlindən bu günədək məhv edilən erməni hərbi qulluqçularının sayı artıq 5 nəfəri keçib, xeyli yaralıları var”.

Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub

19 Yanvar 2017 12:12

Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.

Terrorçunun arvadının O CÜMLƏSİ İSTİNTAQI "AZDIRDI"

19 Yanvar 2017 12:03

"Reina" terrorçusu Abdulqadir Maşaripovun sağ olaraq tutulduğu əməliyyatın nəfəskəsici bir hekayəsinün üstü açılıb. "Reina" hücumundan sonra bir müddət istintaq heç bir irəliləyiş əldə etmədi. Ta ki, terrorçunun "Reina"da izi itirmək üçün çıxardığı gödəkçəsinin cibindən çıxan SİM kartda olan bir nömrəni tapana qədər. O nömrəylə terrorçunun yoldaşının yeri təyin edilir. Həyat yoldaşı ərinin "Reina" basqınından sonra bir qadınla birlikdə evə gələrək 4 yaşlı uşağını da götürüb çıxdığını və bir daha əlaqə saxlamadığını deyir. Terrorçunun həyat yoldaşı: "Ərimin telefonunun batareyası bitmişdi. Mənim telefonumdan danışdı", - deyincə, dərhal o nömrə müəyyən edilir. O nömrədən Hataydaki İŞİD terrorçuları tapılır. Terrorçunun İstanbuldakı şəxslə əlaqəyə keçməsinə də məhz bu hadisə səbəb olur.

"Reina" terrorçusu azərbaycanlılarla qalırmış - İŞİD düşərgəsində

19 Yanvar 2017 12:00

Yeni il gecəsi "Reina"da terror törədən Əbdülqədir Maşaripov barədə daha bir maraqlı detal üzə çıxıb. Terrorçunun azərbaycanlıların da yer aldığı İŞİD düşərgəsində təlim keçdiyi məlum olub. Belə ki, İŞİD Əfqanıstanda uyğur, özbək, qazax, qırğız, azərbaycanlı, türkmən və dağıstanlılar üçün "xüsusi birlik" yaradıb. Bildirilir ki, Ə.Maşaripov da bu düşərgədə xüsusi təlimlər aldıqdan sonra Türkiyəyə göndərilib. Qafqazinfo.az

Lapşin Azərbaycandan üzr istəyəcək - İsraildən Bakıya TƏKLİF

19 Yanvar 2017 11:57

Bu barədə adının çəkilməsini istəməyən yüksək rütbəli yəhudi məmur bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycanın işğal altında olan torpaqlarına səfər etdiyinə, ölkəmizə qarşı bəyanatlar səsləndirdiyi və onun sərhədlərini qanunsuz keçdiyinə görə Lapşinin üzr istədiyinə dair Bakıya məktub göndərilməsini istəyib.