Kürdəmirdə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib 

Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon Polis İdarəsinin (RPİ) və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının (MRX) akt zalında rayonun səhiyyə işçilərinin iştirakı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Torpaq, əgər uğrunda ölən varsa, vətəndir və İslamda şəhidlik zirvəsi” mövzusundaanım tədbiri təşkil olunub.

Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon Polis İdarəsinin (RPİ) və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının (MRX) akt zalında rayonun səhiyyə işçilərinin iştirakı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Torpaq, əgər uğrunda ölən varsa, vətəndir və İslamda şəhidlik zirvəsi" mövzusundaanım tədbiri təşkil olunub. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı səhifə kimi qalmaqla yanaşı, həm də qürur günü olduğunu qeyd edib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər həyata keçirildi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq 20 Yanvar faciəsi hər il respublikanın bütün rayon və şəhərlərində anılır, şəhid ailələrinə dövlət tərəfindən qayğı göstərilir. Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində vətən və şəhidlik anlayışlarının müqəddəs sayıldığını qeyd edib, 20 Yanvar şəhidlərinin öz qanları bahasına Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi yazdıqlarını vurğulayıb. Sonda Kürdəmir RPİ-nin əməkdaşı Nizami Abbasov, DTX-nın Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov və Kürdəmir MRX-nın hüquq məsləhətçisi Əlabbas Abdulxalıqov çıxış edərək Çıxışlarda 20 Yanvar faciəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən danışıblar. O tarixi günün xalqımızın yaddaşında silinməz iz qoyduğunu və müstəqilliyə aparan yolun başlanğıcı olduğunu diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31