2017-ci il “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli”nin rəsmi açılış mərasimi olub
Madriddə “Davamlı turizm ili”nin rəsmi açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərasim Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli” çərçivəsində reallaşan tədbirlərdən biridir.
19 Yanvar 2017 12:39 SosialMadriddə "Davamlı turizm ili"nin rəsmi açılış mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, mərasim Birləşmiş Millətlər Təşkilatının 70-ci Baş Assambleyasının elan etdiyi "2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı Turizm İli" çərçivəsində reallaşan tədbirlərdən biridir. Dünyanın 65 ölkəsindən nazir və digər yüksək səviyyəli rəsmilərin iştirak etdiyi mərasimdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ölkəmizin İspaniyadakı səfiri, BM-in Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov təmsil edib. Açılış mərasiminin rəsmi hissəsində çıxış edən ÜTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, bu il davamlı turizmin dövlət və özəl sektor, qərar verənlər və cəmiyyət arasında inkişafa verdiyi töhfə üzrə məlumatlılığı artırmaq və turizmi müsbət dəyişikliyin katalizatoru etmək üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətdə səfərbər etməkdə unikal imkandır. Daha sonra Gürcüstanın Baş naziri, Hondurasın vitse-prezidenti və İspaniyanın xarici işlər naziri çıxış edərək sözügedən ilin əhəmiyyətini vurğulayıblar. Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev "Fitur-2017" turizm sərgisinə baş çəkib, bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli müzakirələr aparıb. Görüşlərdə turizm sahəsində səmərəli əməkdaşlığın qurulması müzakirə edilib.