“20 Yanvar – Şəhidlərimiz qəhramanlıq səlnaməsidir!” adlı tədbir keçirilib
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi “20 Yanvar – Şəhidlərimiz qəhramanlıq səlnaməsidir!” adlı tədbir keçirib. “OLAYLAR”-ın xəbərinə görə, Kəlbəcər rayon 126 saylı orta məktəbinin şagirdələri ilə birgə İctimai Birliyin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, uşaqlara bu tarix haqqında məlumat verilib və şəhidlərin məzarına qərənfillər düzülüb.
19 Yanvar 2017 12:23 Sosial"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "20 Yanvar - Şəhidlərimiz qəhramanlıq səlnaməsidir!" adlı tədbir keçirib. "OLAYLAR"-ın xəbərinə görə, Kəlbəcər rayon 126 saylı orta məktəbinin şagirdələri ilə birgə İctimai Birliyin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, uşaqlara bu tarix haqqında məlumat verilib və şəhidlərin məzarına qərənfillər düzülüb. "Aşiq Şəmşir" Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini Həbib Misirov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Azərbaycan xalqı o günlərdə böyük bir gerçəyi - meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu. Ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ siyasi-hüquqi qiymət verildi. Bu gün Ulu Öndərin siyası kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar. Tədbirdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şerlər səsləndiriblər