Azərbaycan ilə Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində “Fitur-2017” turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib. Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.
19 Yanvar 2017 12:22 SosialAzərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərinə səfəri çərçivəsində "Fitur-2017" turizm sərgisində olub, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin rəhbəri Ənvər Şarapovla görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı maraqlı təkliflər səsləndirilib. Görüşdə Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov da iştirak ediblər.